Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarkov ya “müstəqil” olacaq, ya qondama Donetskə “birləşəcək” - Moskvanın planı

Moskva Xarkovda da “yeni respublika” yaratmaqla Ukraynanın parçalanmasını sürətləndirmək istəyir...

Xarkov Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə də Xarkov Kiyevdən sonra ikinci yeri tutur. 1918-ci ilin fevral-mayında Xarkov Donetsk-Krivorojski Respublikasının paytaxtı rolunu oynayıb. 1918-ci ilin mart-aprelindən qısa aralıqlarla, 1919-cu ilin dekabrından 1939-cu ilin iyununa qədər isə Ukrayna SSR-ının paytaxtı olub.

2015-cü ilin 8 aprelində, separatçı “Donetsk Xalq Respublikası” yarandığı günün bir illiyində Xarkovda da “Xarkov Xalq Respublikası”nın yaradıldığı elan edilidi. Əslində isə separatçı hərəkat hələ mart da başlamışdı.

Yerli milis Xarkovda Avromaydana dəstək aksiyasını vəhşicəsinə dağıtdı. Bir neçə gün sonra isə minlərlə adam Xarkovdakı Azadlıq meydanına toplaşdılar və buradan da vilayət administrasiyasının binasına doğru yürüş etdilər. Administrasiya binasına basqın edərək, Maydan tərəfdarlarını oradan döydülər. Binada Ukraynanın bütövlüyü və Avropaya inteqrasiya tərəfdarı olan fəalları separatçı qüvvələr aşağıladılar, hətta onları diz çökməyə məcbur etdilər. Amma Maydan fəalları vilayət administrasiyasına yeni rəhbər təyin olunana qədər binanı tərk etməmək qərarına gəliblər.

Xarkov separatçıları əvvəlcə referendum məsələsini ortaya atdılar. Onların Ukraynanın federallaşdırılması, Xarkov vilayətinə və rus dilinə statusun verilməsi kimi tələbləri vardı. Separatçı qüvvələr çadırlar qurmağa, özünümüdafiə dəstələri yaratmağa, öz mitinqlərini keçirməyə başladılar.

Separatçı qüvvələrə Moskvadan da dəstək vardı. Avromaydan tərəfdarları əmin idi ki, Xarkovda münaqişənin qızışmasına səbəb olan hadisələrdə qonşu ölkədən “turist” adı ilə gələn təxribatçı qüvvələr ciddi rol oynayır. Sosial şəbəkələr rus nömrəli avtobusun şəhərə daxil olduğunu, mitinqdə iştirak edənlər arasında yerli olmayanların çoxluğunu deyirdilər. İdman sarayında Ukraynanın cənub-şərq vilayətlərinin bütün səviyyədə olan deputatlarının iştirakı ilə qurultay çağırmaq, “Xarkov Xalq Respublikasının” elan etməyi planlaşdırırdılar. Binanın üzərində Rusiya bayrağının qaldırılması isə bəzi yerlçi separçıların etirazına səbəb oldu, onlar kütləvi aksiyaları boykot etdilər. Bir çoxu hiss edirdi ki, bütün bunlar bir növ planlaşdırılmış təxribatdır. Separatçıların aksiyasında Ukrayna, Rusiya bayraqları, Rusiya İmperiyasının qara-sarı-ağ bayraqları, müxtəlif partiyaların və ictimai təşkilatların rəmzləri olan sovet pankartları da vardı. Burada təkcə separatçılar deyil, Kiyevin yeni hakimiyyətinə şübhə ilə yanaşanlar da vardı ki, onlar da istər-istəməz separtçıların sayını artırırdı.

Rəsmi Kiyev baş verənlərə seyrçi deyildi. Amma qarışıqlıq Xarkovda da separatçıların planlarına uyğun idi. Yeni hökumət tərəfdarları Xarkovda azlıqda idilər və ölkədə yeni “muxtariyyətin yaradılmasına” ciddi müqavimət göstərə bilmirdilər. Separatçılar vilayət şurasının növbədənkənar sessiyaya toplanmasında israr etdilər ki, orada Xarkovun “müstəqilliyini” elan etsinlər. Onların Krımda olduğu kimi eyni sxemə əməl etdilər. Regional şura çağırmaq, referendum keçirmək, bölgənin müvəqqəti rəhbərlərini təyin etmək...

Mitinqlərinin kulminasiya nöqtəsi aprelin 6-da baş verdi. Rusiyadan gəlmiş “turistlər”in təhriki ilə vilayət şurasına ultimatum elan etdi: axşam saat 9-a qədər növbədənkənar sessiya çağırmaq. Bu tələbə əməl edilmədikdə isə etirazçılar Xarkovun vilayət administrasiyasını ələ keçirdilər.

KiyevNazirlər Kabinetinin növbədənkənar iclasda baş nazir Arseni Yatsenyuk "Ukraynanın şərqində vəziyyətin sabitliyini pozmaq cəhdləri ilə əlaqədar” bəzi nazirləri Xarkova göndərdi. Onların sırasında sabiq daxili işlər naziri Arsen Avakov da vardı.

Binada separatçılarla hökumət rəsmiləri arasında danışıqlar hələ bitməmişdi, bu zaman separatçıların liderlərindən biri “Xarkov Xalq Respubklikasın”nın “dövlət müstəqilliyi bəyannaməsini” oxudu. Xarkov Ukrayna ərazisində “elan edilən” ikinci “xalq respublikası” oldu.Aprelin 7-də axşam saatlarında separatçılar növbəti dəfə vilayət administrasiyasına daxil oldular. Bu dəfə hücum əvvəlki gündən daha sərt oldu. Hücum edənlər fişənglərdən və səs qumbaraatanlardan istifadə edib, binaya molotov kokteyli atdılar. Aprelin 8-də gecə bina etirazçıların nəzarətinə keçdi.

Arsen Avakovun sədrliyi ilə administrasiya binasının necə təmizlənməsi müzakirə olundu və plan hazırlandı. Beləliklə, bir neçə saat ərzində rusiyayönlü separatçıların cəmləşdiyi vilayət administrasiyası xüsusi təyinatlılar tərəfindən təmizləndi , özünü elan etmiş “respublika”ya son qoyuldu, Xarkovda separtçı hərəkatın liderləri ya Rusiyaya qaçdı ya da müxtəlif həbs cəzası aldılar...

Görünür, Moskva Xarkovda da “yeni respublika” yaratmaqla Ukraynanın parçalanmasını sürətləndirmək istəyir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay