Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başçı və müavinin sürücüləri sərxoş vəziyyətdə xidmət maşını ilə qəza törətdlər – Beyləqandakı ağır qəzanın təfərrüatı...

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun digər müavinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.

Həmin rayonundakı mənbələrimiz hadisənin təfərrüatı barədə Azinforum.az-a aşağıdakıları söyləyiblər:

“İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar. Nəticədə icra başçısının xidməti avtomobili səküyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub. Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır. Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı”.

Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.

Digər “Nissan” avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.

Xəsarət alanlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sürücüsü Hüseynov Hüseynbala Əsgər oğlu və icra başçısının müavini Yeganə Məmmədovanın sürücüsü və qardaşı Məmmədov Yaqub Kərəm oğlu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

Hadisə şahidləri isə bildirib ki, hər iki sürücü qəza zamanı sərxoş halda olub, avtomobilləri şəhərin mərkəzi küçələrində yüksək sürətlə idarə edirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Beyləqandakı mənbələrin verdiyi məlumata görə, icra başçısı hazırda rayonda deyil. Onun məhz bu hadisəyə görə Bakıya çağrıldığı bildirilir.

Hadisə yerindən çəkilən fotoları təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Rusiya və Çin ödənişlər üçün bank əməliyyatlarına alternativ tapıblar

Ən çox oxunanalar