Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DANX-nin rəisi: "Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı"

“Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı. TIR sürücülərinin bugünki etiraz aksiyasında adı hallanan əməkdaşımız isə 7-8 gündür ki, məzuniyyətdədir”.

Bunu REAL TV-nin efirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev töhmət alması, qurumun şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

"Həmin şöbə müdiri ötən ayın əvvəlində əməliyyat keçirmişdi. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etdik ki, işə çıxsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir”, - deyə DANX-nin rəisi qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında 4 TIR sürücüsü DANX-yə etiraz olaraq Bakının Heydər Əliyev prospektini bağlayıb. Onlar səbəb kimi icazə vərəqələrinin verilməməsini göstərib, A.Rzayev və M.Əliyevi ittiham ediblər. Mətbuatda A.Rzayevə töhmət verilməsi, M.Əliyevin vəzifəsindən azad edilməsi barədə xəbər yayılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar