Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM-dən şikayət var - Baş prokurordan məsələyə müdaxilə edilməsi istənilir...

İmtahanda namizəd qismində iştirak edən bir qrup vətəndaş DİM-dən dövlət qurumlarına şikayət edib...

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahandan ciddi şəkildə narazlıq var. Şikayətçilər bildirirlər ki, qaydalar onlara xəbərdarlıq edilmədən dəyişdirilib.

İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməyib. Bu şərt imtahan keçirildikdən sonra qaydalara əlavə edilib və bu da təbii olaraq imtahan iştirakçılarında ciddi narazılıq və etiraz doğurub. İmtahan verən şəxslər hesab edirlər ki, bu DİM tərəfindən ədalətsiz yanaşmadır və əslində imtahan qaydalarında şəffaflğın və qanunvericiliyin pozulması kimi dəyərləndirilməlidir.

PİA.az-a daxil olan şikayət məktubunu oxucularımızın diqqətinə cəlb edirik:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə

Azərbaycan Respublikasının Baş prokuroru
cənab Kamran Əliyevə

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri xanım Fərəh Əliyevaya

Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri cənab Tələt Məcidova

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili
xanım Səbinə Əliyevaya

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramova

ƏRİZƏ

Məlumunuz olduğu kimi cari ilin 23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı imtahan keçirilmişdir. Biz - imtahanda iştirak etmiş namizədlər olaraq (40 namizəd), imtahanın öncədən elan edilmiş bir neçə şərtinin pozulmasına dair müraciət etmişik. Müraciətin formasını Sizə təqdim edirik:

“DİM tərəfindən 11.01.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara ( https://dim.gov.az/news/7775/) əməl olunmamışdır. Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir.

İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir, hesab edirik ki, bu da öz növbəsində ədalətsiz yanaşmadır.

Qeyd edək ki, aşağıda adları qeyd olunan namizədlər Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinin 4.1.6. bəndinə (dövlət qulluğuna qəbulun şəffaflığı) əsasən hüquqlarımızın kobud şəkildə pozulduğunu bildirir, imtahan nəticələrinin hüquqi çərçivədə araşdırılaraq ləğv olunmasını, DİM tərəfindən rəsmi şəkildə elanda (11.01.2022 https://dim.gov.az/news/7775/ ) yazıldığı formada (essenin 10 ballıq şkala ilə qiymətləndirilməsi) sonradan heç bir əlavə şərt qoyulmadan (50 faizlik baraj və s.) yoxlanmasını xahiş və tələb edirəm.”

Bütün əsaslı iradlarımıza baxmayaraq DİM tərəfindən bizə verilən rəsmi cavab belə olmuşdur.

“Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə bir neçə məqamı namizədlərin diqqətinə çatdırır:

Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.

Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi balı ən az 50 müəyyən edilib. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb.

100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır.”

Yuxarıda qeyd edilən cavabdan da göründüyü kimi qaydalar sonradan dəyişdirilib və burada Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.3.12. bəndinə əsasən “fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq” faktı vardır.

Azərbaycan Respublikasının Konstitusiyasının “Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” və Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi V, VI, VII bəndələrində qeyd edilən insan hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı” və Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi V, VI, VII bəndələrində qeyd edilən insan hüquq və azadlıqlarının pozulması faktları mövcuddur.

Qeyd olunanları nəzərə alaraq, DİM-in imtahandan sonra tətbiq etdiyi Ümumavropa çərçivə sənədinin (CEFR) şkalasının (50%-lik minimum limit) ləğv edilməsini və 100 bal ilə qiymətləndirilən namizədlərin 100-lük sıralaması ilə 300 bal ilə qiymətləndirmənin 100-lük sıralamasındakı iştirakçı siyahısında hüquq və qanun pozuntusunun aşkar edilməsinə və şəffaflığın təmin olunmasına dəstək olmağınızı xahiş edirik.

Hörmətlə,

İmtahanda namizəd qismində iştirak etmiş şəxslər

Nəsibli Əli Müşfiq oğlu - imtahanda iştirak üçün iş nömrəsi 738159

Əlaqə nömrəsi (050 268 49 49) mail adresi: [email protected]

  1. Cəbrayılov Rəşad Mehman oğlu – 737934
    Əlaqə nömrəsi (055 204 86 30) mail adresi: [email protected]
  2.  Vüqar Tarverdiyev Kərəm oğlu – 738255
    3. Ənnağıyeva Nigar Ənnağı qızı – 737992
    4. Hacıyev Fuad Əhməd oğlu – 738193
    5. Fərmanli Kənan Mehman oğlu 738212
    6. Hüseynzadə Tofiqə Ramil qızı - 738154
    7. Seyid Surə Namidar qızı – 738040
    8. Süleymanlı Elvin Əvəz oğlu – 738316
    9. Kərimli Lalə Arif qızı – 738164
    10. Muradlı Nərmin Elxan qızı- 738152
    11. Əhmədova Günel Elçin qızı – 738290
    12. Hənifəyev Hənfə Kamal oğlu – 738310
    13. Qarayev Ayxan Nizami oğlu – 738303
    14. Qaharmanov Ferqan Canpolat oğlu – 733825
    15. Kərimova Rəna Arif qızı – 737966
    16. Məmmədov Elmir Novruz oğlu – 738379
    17. Qəniyeva Turac Əlibaği qızı – 737993
    18. Kərimli Elman Bəhruz oğlu – 737968
    19. Quliyev Rəşad Araz oğlu – 738293
    20. Əzimova Güllü Tərlan qızı - 737991
    21. Qarayev Rəşad Əli oğlu – 738066
    22. Babayeva Sevinc Habil qızı – 738081
    23. Muradov Fətəli Səfail oğlu – 737971
    24. Niftiyeva Samira Xalid qızı 738172
    25. Huseynli Rza Ismayil oğlu – 738179
    26. Yusifli Rahib Qədir oğlu – 738327
    27. Kərimova Namidə Samid qızı – 738031
    28. Rəhimov Murad Maarif oğlu – 738107
    29. Əsgərov Rauf Əsgər oğlu – 738167
    30. Qəhrəmanova Aytac Mövsüm qızı – 738240
    31. Məmmədov Sadiq Yaqub oğlu – 738115
    32. Həmzəzadə Nihad Hamlet oğlu – 737984
    33. Qədirov Namiq Əliheydər oğlu – 738020
    34. Əsədov Kamran Alim oğlu – 737939
    35. Bayramov Rəhim Kəyyam oğlu – 738120
    36. Mustafayev Seyidhəsən Mirməmməd oğlu – 738187
    37. Hafizli Şahin Dəyanət oğlu – 738204
    38. Toğrul Seyidbəyli Məmməd oğlu – 738263
    39. Elxan Məmmədli Əli oğlu – 738340
    40. Babayev Hikmət Orucağa oğlu - 738188

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Rusiya və Çin ödənişlər üçün bank əməliyyatlarına alternativ tapıblar

Ən çox oxunanalar