Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhriyar Məmmədyarov: “Yaşa görə onu axtarırdım” 

Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu, dünya reytinqində 5-ci sırada olan Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

PİA.az həmin müsahibəni təqdim edir.

- Nüfuzlu Veyk an Zee superturnirində uğurlu çıxışınız münasibəti ilə sizi təbrik edirik. Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz?

- Sözsüz, turnirdə daha yaxşı çıxış edə bilərdim. Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaldı. Yekunda ikinci yeri tutdum. Veyk an Zee superturniri böyük tarixə malik yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticədir. Belə yüksək səviyyəli yarışda 4 oyunda qələbə qazanmaq müsbət haldır. Çıxışımdan razı qaldım.

- Dünya çempionuna qalib gəlmək üçün nə lazımdır?

- Müxtəlif vaxtlarda Karlsen üzərində qələbəm olub. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq. Qələbələrim olur. Sadəcə, Maqnus daha çox qalib gəlir. Dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.

- Niderlandda verdiyin müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığını söyləmisən. Yəni Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq səni təəccübləndirib?

- Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə Olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk an Zee turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim ki, Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk “dördlük”də qərarlaşdı. Yəni yaşa baxmayaraq, yaxşı oynadım.

- Karlsenlə partiya barədə danışmaq istərdim. Dünya çempionu sanki Şəhriyara qarşı xüsusi hazırlaşmışdı?

- Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənlə oyunda səhvə yol vermədi. Sanki Maqnusa qarşı deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil. Nə demək olar, bu - Maqnusdur. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindir. Fikrimcə bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşiylə mübarizədə səhvləri olurdu. Amma Veyk an Zedə mənlə mübarizədə səhvi olmadı.

- Karlsen kompüterə qalib gələ bilər?

- Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənlə oynadığı oyunu oynasa, kompüterə uduzmayacaq.

- Maqnus şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısan?

- Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.

- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır...

- Milli komanda hər zaman önəmlidir. Bilirsiniz ki, Olimpiada hər zaman mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub. Əlavə əmsallara görə 2-5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Çalışacağıq ki, Olimpiada uğurlu olsun. Ümid edirəm ki, bu ilki nəticə ən yaxşısı olacaq.

- Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanımız olacaq?

- Zaman olduqca gəlməyə çalışacağam. Hazırda dünya şahmat reytinqində ilk “beşlik”də qərarlaşıram. Bu nəticə dünya şahmat tacı haqda fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Sözsüz, vaxt olanda gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəyəm.

- Bu gündən etibarən təlim-məşq toplanışına yollanırsan. Bu barədə danışmaq olar?

- Bu bir sirrdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran Priləri olacaq. İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay