Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət sektorunda ISO 37001 - beynəlxalq standartı üzrə sertifikat alan ilk qurum DSMF oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim olunub.

Nazirlikdən bildirilib ki, bu standartın tətbiqi Fonda əhaliyə xidmətlərin keyfiyyətinin vətəndaş məmnunluğu prinsipi əsasında yüksəldilməsi, idarəetmə sistemlərinin şəffaflığının tam təmin edilməsi, bu sahədə davamlı nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin qarşısının alınması işlərində dəstək olacaq.

Həmçinin bu tətbiq Fondun gündəlik funksiyalarının həyata keçirilməsində və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığı artıracaq, müvafiq sahədə qanunvericiliyin tələblərinin, qurumdaxili siyasət və proseslərin effektivliyini təmin edəcək.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Fondun fəaliyyətinin ISO 37001 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə aparılan işləri qeyd edib.

O, standarta uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlərin yerinə yetirildiyini vurğulayıb.

Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin Azərbaycandakı nümayəndəsi tərəfindən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.

Fond “ISO 26000 — Sosial məsuliyyət” və “ISO 10002 — Müştəri məmnunluğu” beynəlxalq standartlarının tətbiqi istiqamətində də işlərə başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay