Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan jurnalistlərinin dəstəyi ilə Korotçenkonun hesabı blokdan çıxıb

Videosu daha əvvəl rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko feysbuk hesabının bloklanmasına səbəb olan VMedia yutub-kanalının mətbuata müraciəti müsbət nəticə verib.

“Report”un xəbərinə görə, açıqlamada qeyd olunur ki, İqor Korotçenko öz səhifəsində erməni işğalçılarının Azərbaycandakı cinayətlərindən bəhs edən “Heç İŞİD terrorçuları belə etməyiblər” başlıqlı videoçarx yerləşdirdikdən sonra erməni teleqram-kanalları bu video ilə bağlı fəal şəkildə “dezinformasiya” və “nifrətin təbliği” kimi kütləvi şikayətlər etməyə çağırıblar.

Lakin “Vmedia” yutub-kanalının Azərbaycan mətbuatına müraciəti və onların informasiya dəstəyi sayəsində rusiyalı politoloqun səhifəsinin bloklanması aradan qaldırılıb.

“Vmedia” yutub-kanalı, eləcə də İqor Korotçenko Azərbaycanın mətbu orqanlarının (İnterfax.az, Report.az, Oxu.az, Media.az, Day.az, Korrespondent.az, Minval.az, Caliber.az və s.) jurnalistlərinə və bütün sosial şəbəkə istifadəçilərinə həmrəyliyə görə təşəkkür edib.

Həmçinin “Rusarminfo.ru”da “Azərbaycanlılar Zukerberqi erməniləri dəstəkləməkdə ittiham edib” sərlövhəli yazını nəzərdən qaçırmaq olmaz.

“Vmedia” yutub-kanalının filmində qeyd olunur ki, erməni terrorçuları öz vəhşiliklərində İŞİD döyüşçülərindən də irəli gediblər - qəbirləri açıb dağıdıblar, yəni hətta ölülərlə döyüşüblər. Bütün bu cinayətlər Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında törədilib.

Filmin müəllifləri UNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə səssiz qalmasının səbəbini soruşublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay