Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika İranın dron proqramına qarşı

ABŞ-ın Xəzinədarlıq Departamenti İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) pilotsuz uçuş aparatları (PUA) proqramını hədəfləyən sanksiyalar tətbiq edib.

Bu sanksiyalar İran istehsalı olan dronların vasitəsilə Suriyada Amerika bazasına edilən hücumlardan sonraya təsadüf edir.

Suriyada İran dronlarıyla Amerika hərbi bazasına hücum oktyabrda olmuşdu.

Novator.az saytı İsrailin “Yerusəlim Post” qəzetinə istinadla bildirir ki, ABŞ prezidenti Cozef Bayden İranın nüvə proqramı ilə bağlı bugünlərdə Avropanın aparıcı dövlətləri ilə apardığı danışıqlardan sonra mediaya açıqlamasında Birləşmiş Ştatların İran PUA-larının istənilən zərbəsinə, ümumiyyətlə Tehranın Vaşinqton əleyhinə yönəlmiş istənilən addımına cavab veriləcəyini vurğulayıb.

ABŞ Xəzinədarlıq Departamentinin bəyanatına görə, İran dəstəklədiyi terror qruplaşmalarını, o cümlədən Livandakı “Hizbullah”ı dronlarla təchiz edir.

“Yerusəlim Post” yazır ki, Xəzinədarlıq Departamentinin İnqilab Keşikçiləri Korpusunun PUA proqramını hədəfləyən sanksiyaları Bayden administrasiyasının İrana qarşı diplomatik tədbirlərinin bir hissəsidir. Bayden İranın nüvə proqramı üzrə 2015-ci ildə əldə olunmuş sazişi bərpa etməyə çalışmaqla yanaşı (ABŞ Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə bu sazişdən çıxıb), Tehranın hərbi təhdidləri əleyhinə fəaliyyətini də davam etdirir.

Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan, İranın və daha 6 ölkənin (ABŞ, Rusiya, Çin, Fransa, Almaniya, Böyük Britaniya) imzaladığı sazişin yenidən bərpa olunması üçün aparılan danışıqların son raundunun noyabrın axırlarında baş tutacağı gözlənir.

“Yerusəlim Post”un yazdığına görə, bugünlərdə İtaliya paytaxtı Romada “Böyük iyirmilik” ölkələri liderlərinin ikigünlük sammiti zamanı Cozef Bayden sazişi imzalamış ölkələrdən Böyük Britaniyanın baş naziri Boris Consonla, Almaniyanın kansleri Angela Merkellə, Fransanın prezidenti Emmanuel Makronla bu məsələni də müzakirə edib.

Bayden hesab edir ki, sazişin dirçəldilməsi ilə bağlı danışıqların uğuru İranın onu bərpa etməkdən boyun qaçıracağı təqdirdə razlaşmanı imzalamış digər ölkələrin Tehranı ciddi sanksiyalarla hədələməyə hazır olub-olmamasından asılı olacaq.

Oktyabrın 31-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Birləşmiş Ştatların sazişə yenidən qoşulmaq niyyəti varsa, Baydenin bununla bağlı eləcə sərəncam imzalaması kifayətdir: “Vaşinqton sazişə qayıtmaq barədə ciddi niyyətini ortaya qoysa, bütün bu danışıqlara heç ehtiyac da qalmaz”.

Tehran Trampın hakimiyyəti dövrüdə ABŞ-ın çıxdığı nüvə sazişinin bərpa olunması üçün Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvini də zəruri sayır.

“Yerusəlim Post” yazır ki, İranın uranı zənginləşdirməsindən narahatlıq keçirən Qərb dövlətləri dəfələrlə Tehranı danışıqları bərpa etməyə çağırıblar. Onlar diplomatık pəncərənin ömürlük açıq qalmayacağı barədə xəbərdarlıq ediblər.

İranın nüvə silahı hazırlamaq niyyətində olmadığını iddia edən rəsmi Tehran vurğulayıb ki, Vaşinqton Trampın tətbiq etdiyi sanksiyaların böyük hissəsini qüvvədə saxlamaq niyyətindədir, bu isə İran üçün qəbuledilməzdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Ən çox oxunanalar