Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı separatçılara ağır zərbə: Xaricə səfər üçün viza verilməyəcək

Ermənistanda istəyirlər ki, pasportlarda doğum yeri kimi şəhər yazılsın. Qarabağ separatçıları isə hesab edirlər ki, xarici ölkələrə səfərlərdə bu, onlar üçün problem yarada bilər. Məhz pasportlarla bağlı sözügedən yenilik Ermənistanda əməlli-başlı narahatlıq yaradıb”.

Azadlıq Radiosunun erməni bürosuna danışan separatçıların nümayəndəsi David Babayan bu dəyişikliklərə etirazını bildirib: “Doğum yeri kimi Ermənistan Respublikası yazılması ən yaxşı variantdır. Ola bilər ki, bəzi vətəndaşlar pasportlarında doğum yeri kimi şəhər və kəndləri qeyd etdikdə viza ala bilməsinlər. Bu məsələlərlə bağlı bizim böyük problemlərimiz var” – Babayan vurğulayıb.

Layihənin rəhbəri Mnatsakan Biçaxcan isə bildirib ki, vətəndaşlara doğum yeri kimi ya yaşadığı ərazini, ya da doğulduğu yeri yazmağa icazə veriləcək: “Məsələn vətəndaş özü müraciət etsə ki, doğum yeri kimi Rusiya yox Moskva yazın, bu zaman elə də qeyd olunacaq”.

Separatçılar isə bundan da narahatdırlar. Çünki vətəndaş pasportunda doğum yeri kimi Xankəndi şəhərini yazdırsa, o zaman xaricə səfər edə bilməyəcək.

Separatçı David Babayan bu məsələdə də Azərbaycanı ittiham edib: “Azərbaycan lobbiçilik edir, müxtəlif ölkələrə tapşırır ki, Qarabağdan olan ermənilərə viza verməsinlər. Bu problemlə inkişaf etmiş ölkələrdə belə qarşılaşmışıq. Buna görə də, ən doğrusu pasportlara Ermənistan Respublikası yazmaqdır” – Babayan əlavə edib.

Qeyd edək ki, layihə müəllifləri artıq Ermənistan Xarici İşlər Nazirliyindən müsbət rəy aldıqlarını açıqlayıblar. Xatırladaq ki, Ermənistan əhalisinin də, Qarabağdakı separatçıların da pasportları eynidir. Yəni Qarabağ separatçıları də Ermənistan vətəndaşları kimi xaricə viza almaqla səfər edirlər.(Konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay