Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Erməni xalqı mənə görə cinayətkar deyil" - Deputat

Ermənilərlə qohumluqdan danışan deputat: “... Hadisələrə bəşəri yanaşmalıyıq”

Azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkündür, zamanla yeni qohumluqlar yarana bilər”.

Bu sözləri Pravda.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev xalqların birgə yaşaması mövzusunda danışarkən deyib.

Onun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləryicilər deputatı tənqid atəşinə tutub, Vətən müharibəsindən sonra ermənilərlə birgə yaşamağımızın mümkünsüzlüyünü ifadə ediblər. Cebhe.info-ya açıqlama verən deputat Tahir Rzayev bəzilərinin deyilən fikrə başqa mövqelərdən yanaşdığını bildirib: “Bütün dünyada uzun müharibələr gedib. Sonradan həmin müharibələr sülhlə nəticələnib, həmin xalqlar bir yerdə yaşayıblar. Məsələn, Əlcazairə qarşı fransızların törətdikləri hadisə nə olub? Fransızlar yüz minlərlə adam öldürüblər. Buna baxmayaraq, sonradan Əlcəzairlə Fransanın sağlam münasibətləri olub. Almaniya faşist və demokratik ölkə olmaqla iki yerə bölünüb. Yenə də bir yerdə yaşayırlar. Ölkələr var ki, bunların arasında uzun illər müharibələr gedib. 30-40 illik müharibədən sonra həmin insanlar münasibət yaradıb, yenə də bir yerdə yaşayırlar”.

Milli Məclisin komitə sədri bildirir ki, hadisələrə açıq gözlə baxmaq lazımdır. Ermənilərə faşist ideologiyasını təbliğ edən onların rəhbərləridir:

“Cinayətkar ermənilərin rəhbərləridir. Erməni xalqı mənə görə cinayətkar deyil. Bu gün ermənilərin bir çoxu televiziya qarşısına çıxıb, müharibə olmasını istəmədiklərini, azərbaycanlı və erməni balalarının ölməməsini istəyirlər. Bu gün Rusiyada və xarici ölkələrdə ermənilərlə azərbaycanlılar bir- biri ilə dostluq əlaqələri saxlayır, evinə gedir, ticarət əlaqəsinə girirlər. Prezident də dəfələrlə xatırladıb ki, Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onlar Azərbaycan qanunlarına əməl etsələr, bizimlə bir yerdə yaşaya bilərlər. Bu, bir bəşəri dəyər, ideyadır. Düşünürəm ki, ermənilər həqiqətən də qanunlarımıza əməl edirlərsə, yaşasınlar. Xalqların içərisində faşist ideologiyasında olanlar da, yaxşı, duyğulu, sağlam insanlar da var. Onların hamısını cəllad, qatil kimi qələmə verməyimiz düzgün deyil. Bu baxımdan, mən bu cür fikir səsləndirmişəm. Kiminsə xoşuna gəlməyə bilər”.

Deputat deyib ki, hadisələrə bəşəri duyğularla yanaşmalıyıq:

“Biz əgər desək ki, burada yaşayan erməniləri qırmalıyıq, bu zaman dünya bizə vəhşi kimi baxar. Biz nə olsa da, müəyyən qaydalarla öz siyasətimizi yeritməliyik. Quru hay-küylə deyil. O gün Kürdəmirdə yaşayan bir erməni qadınının müsahibəsini verirdilər. Deyirdi ki, məni gətirib yedirdib-içizdirirlər, çörək verirlər. Bu yazıqların nə günahı var? Bəlaya salanlar cəlladlardır. Azərbaycanın özündə statisikaya əsasən, 10 minlərlə erməni yaşayır. Görüm azərbaycanlılar onlara əl qaldırıb, vura bilərlərmi? Əlbəttə, deyil!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay