Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Türkiyə birgə təliminin döyüş atışlı mərhələsi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planına və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.

PİA.az xxəbər verir ki, təlimin döyüş atışlı mərhələsindən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev, Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci və müxtəlif qoşun növü komandirləri silahlanmaya yeni qəbul edilən hərbi-texniki vasitələrə baxıblar, səhra şəraitində müasir cihaz və avadanlıqlarla təmin edilmiş döyüşü idarəetmə məntəqəsi ilə tanış olublar.

Təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə Əlahiddə Ümümqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Türkiyə Silahlı Qüvvələrinin bölmələri cəlb edilib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsi, yaradılmış birgə qərargahlarda əməliyyatların planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, bölmələrlə qərargahlar arasında qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə suallar işlənilib.

Planla tanışlıqdan sonra təlimə start verilib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Rusiya və Çin ödənişlər üçün bank əməliyyatlarına alternativ tapıblar

Ən çox oxunanalar