Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağda bu dəfə hansı ssenarini həyata keçirmək istəyirlər?

İndi Qarabağ məsələsi çox diqqət tələb edən başqa bir mərhələdədir...

Dr. Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 5 oktyabr 2021-ci il

Dünən İranla Azərbaycan arasındakı hadisələr və Tehranın mümkün hədəfləri haqqında yazdım. Görünür, bəzi ölkələr Qarabağ müharibəsinin yeni bir mərhələyə keçməsini arzu edir. Onlardan biri də uzun müddətdir Ermənistanı dəstəkləyən Fransadır. Ancaq ehtimal olunan ssenari daha da böyükdür.

Prezident Əliyevin: “İndi Dağlıq Qarabağ deyil, Qarabağ adından istifadə edək”, sözü də bir şifrədir.

Nəhayət, Paris bələdiyyə başçısı və prezidentliyə namizəd olan Ann Hidalqo sosial mediada: “Məncə də, Dağlıq Qarabağ tanına bilər”, yazaraq bu prosesə daxil olub. Görəsən, Parisin bələdiyyə sədrinin məqsədi prezident seçkilərində ölkəsindəki 700 mindən çox Ermənistan vətəndaşının dəstəyini almaqdırmı? Bəli, bu da bir səbəbdir, amma məsələ yeni deyil.

Əslində, Hidalqo bu anlayışla uzun müddətdir davam edir. Müharibənin başladığı 2020-ci ilin oktyabr ayında 173 bələdiyyə başçısının Makron hökumətinə etdiyi çağırışa rəhbərlik edirdi. Bəzi senatorlar da daxil olmaqla, müharibədə Ermənistana dəstək verilməli olduğunu bəyan etmişdilər. Yenə atəşkəs razılaşmasından sonra Böyük Şəhər Bələdiyyə Şurasının 18 noyabr tarixli qərarı ilə Fransa Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edən bir məktub göndərmişdi.

Ancaq dünən Hidalqonun paylaşımının altında başqa bir detal var idi. Çıxışını əsaslandırdığı bir məqalə çox önəmli idi.

Bu, mənə Bernard-Henri Levinin 2020-ci ilin noyabrında yazdığı “Fransa Dağlıq Qarabağı tanıya bilər” başlıqlı məqaləsini xatırlatdı. Levi adi bir insan deyil. O, özünü Liviyada, Suriyada, İraqda və hətta Banqladeşdə göstərir. Fransanın 2011-ci ildə Müəmmar Qəddafiyə qarşı keçirdiyi hərbi əməliyyatda mühüm rol oynadı və keçən il Misrata olan səfəri Liviyanı çaş-baş saldı. Liviya hökuməti Levinin ölkəyə səfəri ilə əlaqədar araşdırma başladıb. Yəhudi əsilli Levi həm də İsrail balansındakı ən təsirli əməliyyat mərkəzlərindən biri hesab olunur.

Bəs Levi məqaləsində nə təklif edib?

Azərbaycan və Türkiyəni Ermənistana qarşı soyqırım törətməkdə günahlandırır və Suriyadakı türk PUA-ları və döyüşçüləri ilə bağlı iddianı gündəmə gətirib. Keçən həftə İran da bu məsələni gündəmə gətirmişdi. Daha sonra Fransanın Dağlıq Qarabağı tanımasının digər Avropa Birliyi ölkələrində bir legitimlik sahəsi yaradacağını və bununla da bəzi beynəlxalq təşkilatların qarantı olacağını vurğulayır.

Rusiyanı tənqid edərkən bu yazıda Putinin istədiyini əldə etdiyini bildirib. Bu hadisələr baş verərkən Ermənistanın baş naziri Paşinyandan Azərbaycan prezidenti Əliyevə “görüşməyə hazıram” mesajı gəlib. Ancaq daha bir xırda detal var. Xüsusilə, ATƏT-in Minsk qrupunun səyləri vurğulanır və yenidən aktivləşdirilməsi tövsiyə olunur.

Bu qrupda kim var? Əslində, geniş bir üzvlük sistemində Türkiyə də var. Ancaq həmsədrlər sistemi idarə edir və bu ölkələr ABŞ, Fransa, Rusiyadır.

Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin “iki ölkə arasında həll olunmamış bəzi problemlər var” ifadəsi Ermənistan mətbuatında öz əksini tapıb.

İndi Qarabağ məsələsi çox diqqət tələb edən başqa bir mərhələdədir. Şuşanı göstərməklə, Azərbaycanın Dağlıq Qarabağ ərazisində geri addım atmasına yönəlmiş bir sıra beynəlxalq təşəbbüslərin olduğu görünür. Xüsusilə Naxçıvan Dəhlizi üçün mart ayından etibarən yaradılan komissiyanın tıxanması bu yeni yol xəritəsinin nəticəsi sayıla bilər.

Təbii ki, bu tələyə düşməməli və Dağlıq Qarabağ üçün geri addım atılmamalıdır. Əks təqdirdə, bölgədəki qazanclar zamanla fərqli bir yola keçə bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Ən çox oxunanalar