Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.

Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar