Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gorus-Qafan yolunun üstündə Azərbaycanın polis postu

Sosial şəbəkələrin erməni seqmentində Gorus-Qafan yolunun üzərində qoyulmuş Azərbaycan polis postunun fotosu yayılıb. Və ermənilər arasında növbəti təşviş dalğasına səbəb olub. Virtualaz.org xəbər verir ki, yolun yenidən bağlanacağı haqda söz-söhbətlər yayılıb.

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan isə əhalini sakitləşdirməyə çalışaraq bildirib ki, polis postu yolun Azərbaycan ərazisindən keçən hissəsində, Qubadlıda yerləşdirilib.

“Bu post yolun onların ərazisindən keçən hissəsində qoyulub, Gorus-Qafan yolunun üzərində. RusiyaAzərbaycan sərhədçiləri yolun bu hissəsinə nəzarət edir. Mən də bunu indi gördüm, getdim, baxdım, gördüm ki, post onların tərəfindədir. Əvvəldən orada post var idi, evciyi isə yeni tikiblər. Bu təhlükəli deyil, yol Rusiyanın nəzarəti altındadır”,-qubernator bildirib.

Xatırladaq ki, bu günlərdə Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Ermənistan hərbçilərinin Azərbaycan sərhədçisinə bıçaqla hücum etməsinin ardınca Azərbaycan tərəfi yolu bağlayıb. Nəticədə Ermənistanın İranla quru əlaqəsi faktiki olaraq kəsilib, Zəngəzurun bir neçə yaşayış məntəqəsi isə faktiki blokadada qalıb. Rusiya tərəfinin iştirakı ilə aparılan danışıqlardan sonra Azərbaycan yolu açıb, amma yolda hərəkət sürətini minimuma endirmək üçün ən azı iki yerdə beton bloklar qoyulub. Bu da yolda hərəkətə vizual nəzarəti gücləndirməyə imkan verir.

Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Qubadlı ərazisindən çəkilib, ötən ilin dekabrında Azərbaycan Ermənistanla sərhədin bu hissəsinə nəzarəti təmin edib və nəticədə yol Azərbaycanın nəzarətinə keçmiş olub. Alternativ yolun çəkilməsinə qədər Azərbaycan tərəfi bu yolda hərəkətə icazə verib.(virtualaz)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Ən çox oxunanalar