Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş mühəndis Ekologiya Nazirliyindəki korrupsiya ilə bağlı Prezidentə müraciət etdi

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndis Ağayev Kərəm İsabala oğlu işlədiyi qurumda baş verən qanunsuzluqlarla bağlı Prezident cənab İlham Əliyev müraciət edib.

AzToday.az xəbər verir ki, baş mühəndis müraciətində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində yaşanan korrupsiya hallarını ifşa edir və dövlət başçısından günahkarların cəzalandırılmasını xahiş edir.

Müraciəti təqdim edirik:

“Yazıb Sizə bildirirəm ki,​ mən Mərkəzdə meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsində çalışıram. Mərkəzin direktoru Adəm İsmiyev,​ müavini Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov Masalll Regional Meşə Təsərrüfatı Mərkəzində​ qanunsuz və saxta işlərlə məşğuldurlar. Və idarədə özbaşınalıq baş alıb gedir:

– Dövriyyədə olan “meşə əkinləri” demək olar ki,​ yox dərəcəsindədir.
Özlərindən batmış əkinlərə saxta naryadlar yazırlar . Dövlətə​ dəymiş ziyan bu günə kimi hələ də​ ödənilmmişdir;

– 2016 -ci ildə əkilən, amma faktiki realda mövcud olmayan ,​ hansi ki,​ beş ildən sonra “örtülü meşəyə” keçməli olan​ 138 hektar “əkinlırin”​ yerinə saxta 50 ilin və 200 ilin təbii meşələrin göstərirlər və Dövləti aldadırlar;

– Dövlət Meşə fondu torpaqlarında qeyri-qanuni tikililər apartdırırlar ( mal-qara tövlələri,​ istirahət mərkəzləri və s.) Və hətta yol və asfalt döşəmələr də həmçinin.

Məni də məcbur edirlər ki, mən gedib​ o zəbt olunan yerlərə akt yazmasında iştirak edən zaman sözü gedə​ yerləri qeyri-meşə fondu kimi göstərəm. Əks təqdirdə məni şərləyib işdən azad edəcəkləri ilə hədələyirlər.​ ​

Mən isə onların dedikləri saxta işlərinin qəti əleyhinəyəm və qanuni nə var onu da edirəm. Hazırda rəhbərlik məni işdən azad edəcəyi ilə təhdid edir”.​

Kərəm Ağayev hesab edir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində ciddi yoxlamalar aparılacağı halda daha böyük korrupsiya faktları üzə çıxacaq…

 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Rusiya Donetsk vilayətində mağazanı vurub, 11 nəfər ölüb, 37 nəfər yaralanıb - Yenilənib

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ən çox oxunanalar