Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pambıq yığımına başlanılıb

Azərbaycanda pambıq əkilmiş rayonlar arasında ilk dəfə Kürdəmirdə məhsul yığımına başlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu il rayonda 2 500 hektar ərazidə pambıq əkilib.

Mütəxəssislər sahələrdəki vəziyyəti qənaətbəxş hesab edirlər.

“P - AQRO” MMC-nin direktoru Qalası Məmmədov “Report”a bildirib ki, lkin mərhələdə yığımda istifadə ediləcək 10-dan çox kombayn işlək vəziyyətdə fermerlərin istifadəsinə verilib: “Bundan əlavə məhsulu daşımaq üçün 30-dan çox traktor qoşqusu da əraziyə cəlb edilib. Texnika cəhətdən heç bir problem olmayacaq. Əgər yığım zamanı hər hansı problem yaranarsa məhsula heç bir ziyan dəymədən aradan qaldırılacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) sektor müdiri Qorxmaz Şükürovun sözlərinə görə, pambığın alış qiymətinin hər tona görə 50 manat artırılması fermerləri daha da ruhlandırıb: “Məhsulun əksər hissəsi texnika vasitəsilə yığılacaq. Bu da öz növbəsində vaxt itkisinin və israfın qarşısını alacaq. Ötən il hər hektardan 33 sentner məhsul yığıldığı halda, bu il isə hər hektardan 34-35 sentner məhsul yığılacağı gözlənilir”.

Hava şəraiti yaxşı keçsə, pambığ yığımı bir aya başa çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay