Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman: Ermənistan təlimlər vasitəsilə uşaqlarda işğalçılıq və nifrət hissləri formalaşdırır

"Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirliyinin məlumatına görə, 11-ci sinif şagirdləri üçün hərbi idman düşərgələri adlı pilot proqramı başlayıb".

PİA.az xəbər verir ki, bu barədə Azərbaycanın Ombudsman Aparatı məlumat yayıb.

"Təqribən 100 şagirdin iştirak etdiyi 12 günlük düşərgənin proqramında uşaqların hərbi münaqişələrdə iştirakı imkanları nəzərdə tutulur. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda dəfələrlə uşaqlardan istifadə etmiş və bu gün də onları işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda tərbiyə edir. Bu kimi təlimlər İŞİD, ASALA, PKK və digər terror qruplaşmaları tərəfindən uşaqların terror və müharibəyə hazırlanması məqsədilə həyata keçirdikləri fəaliyyətə çox yaxındır. Azərbaycan Ombudsmanı da dəfələrlə bu kimi hallarla bağlı öz narahatlığını bildirmiş, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməsi faktını qəti şəkildə pisləmişdir. Belə təlimlər uşaqlarda işğalçılıq, nifrət və digər millətlərə qarşı dözümsüzlük hissləri formalaşdırır. Bu isə Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolunun tələblərinə tamamilə ziddir", - məlumatda bildirilib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar