Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Azərbaycan XİN həmsədrlik institutunun ləğvini istəməlidir" - Yenilənib

“Ötən həftə yenə erməni cinayətkarlığının şahidi olduq. İki jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldi”.

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, ötən həftə yenə bütün dünyanın gözü qarşısında erməni vandalizmi yaşandı: “Buna görə təkcə Ermənistan deyil, Şərqdən Qərbə qədər ermənilərə dəstək verənlər günahkardır. Ermənistana qahmar çıxanlar Ermənistanı öz öhdəliyini yerinə yetirməyə məcbur etmirlər. Elə ATƏT-in aidiyyəti institutu da günahkardır. Baş verən hadisə Ermənistan qədər beynəlxalq təşkilatların da üzərinə məsuliyyət qoyur. Ermənistan bir daha göstərdi ki, canidir, cinayətkardır. Canları yenə də dəmir yumruq istəyir. Əgər bunu istəmirlərsə, təcili olaraq minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidirlər”.

Deputat Qüdrət Həsənquliyev isə hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması ilə bağlı planının olub-olmadığını sual edib. Onun sözlərinə görə, belə planın açıqlanmaması təxribatlara, şayiələrə yol açır.

Deputat bildirib ki, hökumət minalardan təmizlənmənin nə qədər çəkəcəyi barədə ictimaiyyətə açıqlama verməlidir: “Uzun müddətdir, minalanmış ərazilərin xəritələrini tələb edirik. Amma biz erməni xislətinə bələdik. 30 il tələb etdik ki, işğal etdikləri ərazilərdən çıxsınlar, çıxmadılar. Bir 30 il də minalanmış ərazilərin xəritələrini tələb edəcəyik? Hökumət görüləcək işləri, əhalinin işğaldan azad edilmiş ərazilərə hansı mərhələlərlə qaytarılacağını açıqlamalıdır”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Minsk Qrupuna müraciət edərək, həmsədrlik institutunun ləğvini istəməlidir.

Deputat bildirib ki, Fransa son hadisələrdə də susqunluq nümayiş etdirdi: “Minsk Qrupu yenə danışmadı, münasibət ortaya qoymadı”.

Parlamentin sədri Sahibə Qafarova isə qeyd edib ki, artıq bütün dostluq qruplarının rəhbərlərinə iyunun 4-də baş vermiş cinayətlə bağlı məktub göndərilib: “Mənim tərəfimdən də bu məqamla bağlı məktublar ünvanlanıb. MDB PA, Avropa Şurası Parlament Assambleyası spikerlərinə də məktublar göndərmişəm". (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Ən çox oxunanalar