Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda Vətən müharibəsi şəhidi Səmid Əliyevin xatirə lövhəsi açılıb - Foto

Sumqayıtda Vətən müharibəsi şəhidi Əliyev Səmid Xoşbəxt oğlunun xatirə lövhəsi açılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Corat qəsəbəsində baş tutan tədbirdə çıxış edən şəhid valideynləri bütün şəhidlərə rəhmət diləyib, Azərbaycan ordusunu, qalib əsgərlərimizi qələbə münasibətilə təbrik ediblər. Tədbirdə Səmid Əliyevin şücaəti və keçdiyi döyüş yolundan danışılıb. Çıxış edənlər müzəffər ordumuzun əldə etdiyi şanlı qələbədən, uğurlardan söz açıblar. Açılış mərasimində Corat qəsəbə 7 nömrəli orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, Səmid Əliyev 5 iyun 1998-ci ildə Sumqayıtda anadan olub. Valideynlərinin 7 ilik oğul həsrətindən sonra dünyaya gəlib. Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Həqiqi hərbi xidmət borcunu şərəflə başa vurduqdan sonra istehsalatda çalışmağa başlayıb. Ailədə 3 bacının yeganə qardaşı olan Səmid Əliyev Vətən müharibəsi başlamazdan əvvəl, 21 sentyabr tarixində könüllü ön cəbhəyə gedib. Oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Prezidentin sərəncamı ilə “Füzulinin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif təltif edilib.

Yaşasaydı bu gün 23 yaşı olacaqdı.

Allah rəhmət eləsin!

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar