Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı milyarder Ara Abramyan Paşinyanı yıxmaq üçün hərəkətə keçdi

Rusiya erməniləri İttifaqının sədri, milyarder Ara Abramyan Yerevandadır və gələn ay keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok qurur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, o artıq “Evimiz-Ermənistan” partiyasını təsis edib və deputat Tiqran Urixanyanın başçılıq etdiyi “Alyans” partiyası ilə blok halında seçkilərdə iştirak edəcək.

Ara Abramyan keçirdiyi mətbuat konfransında “bütün sağlam qüvvələri” birləşməyə və seçkilərdə birgə iştirak etməyə çağırıb. Deyib ki, Ermənistanda sistem böhranı hökm sürür və bu vəziyyəti sözlə ifadə etməkdə acizdir.

“Mən artıq 10 gündür Ermənistandayam. Burada gördüklərim bütün təsəvvürlərimi aşıb keçir. Böhran mənim təsəvvür etdiyimdən daha dərindir. Və ölkəni bu vəziyyətə istisnasız olaraq indiyədək mövcud olmuş bütün hakimiyyətlər,-Ter-Petrosyandan başlamaqla,-gətirib çıxarıblar”,-o deyib.

Ara Abramyan bildirib ki, Ermənistanda hər hansı vəzifə tutmaq istəmir və məqsədi sadəcə olaraq “ölkəyə kömək etməkdir”. Hazırda “Alyans” partiyası ilə seçkilərə birgə qatılmaq barədə razılaşma əldə edilib, amma digər partiyalarla da danışıqlar gedir.

Ara Abramyan Rusiyanın hakim siyasi dairələri ilə yaxındır və onun Ermənistan siyasətində iştirakı Paşinyana qarşı artan “şimal təzyiqlərinin” bir hissəsi hesab edilə bilər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar