Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı Qran-pridə 38 ölkədən 200 idmançı iştirak edəcək

Mayın 25-də Bakıda start götürəcək paracüdo üzrə beynəlxalq Qran-Pri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

Milli Paralimpiya Komitəsinin prezidenti və Təşkilat Komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib.

Turnirdə 38 ölkədən 200 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfərdir.

İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (60kq), Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyevdir (+100 kq).

Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançı qüvvəsini sınayacaq. Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq) tatami üzərinə çıxacaq.

Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə ən böyük nümayəndə heyətləri ilə qatılacaq.

İlqar Rəhimov “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq cüdo yarışının tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır.

BP Azərbaycan və SOCAR şirkətləri yarışın əsas tərəfdaşlarıdır. TOYOTA və “Unibank” yarışların rəsmi tərəfdaşıdır.

Yarışın rəsmi dəstəkçiləri Bakı Nəqliyyat Agentliyi, “Coca-cola” şirkəti, İnterlux Travel, CBC Sport, “Motivator Azerbaijan”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır.

“AzərTac”, “Report”, “Azerisport” və “1news” yarışın informasiya dəstəkçiləridir.

CBC Sport yarışların final bloklarını canlı yayımlayacaq. Bundan əlavə Youtube-da yarışların bütün bloklarını canlı yayımlanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Ən çox oxunanalar