Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovdan analitik mərkəz yaratması iddiaları ilə bağlı açıqlama

“Çox təəssüf ki, bəziləri insanların diqqətini çəkməyə bir şey tapmayanda mənim haqqımda nəsə uydururlar və cəmiyyətə tirajlayırlar”.

Bu sözləri Prezident Administrasiyasının keçmiş şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov, yeni analitik mərkəz yaratması ilə bağlı mətbuatda yayılan iddialar barədə Yeniavaz.com-a açıqlama verərkən deyib. O bildirib ki, hazırda yalnız elmi fəaliyyətlə məşğuldur:

“Gah məni hansısa antiiqtidar dairələr və əks düşərgədən kimlərləsə görüşdürürlər, gah da hakimiyyətə qarşı  hansısa blok yaratmaqda, antiiqtidar mərkəz qurmaqda və s. günahlandıraraq, özlərinə saxta IP istehsal etməyə çalışırlar. Bütün bunlar tam yalandır. Mən keçmiş məmur həyatımda formalaşdırdığım və ictimai-siyasi mövqeyimdə keçən 30 ildə Azərbaycan cəmiyyətinə açıq bəyan etdiyim Əliyevçilik mövqeyindən nə bu gün, nə də gələcəkdə imtina etmək fikrində deyiləm. Hazırda yalnız elmi fəaliyyətlə məşğulam və imkan düşdükcə “Facebook” səhifəmdə mövcud hakimiyyətin siyasi kursuna ictimai dəstək verirəm”.

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Əli Həsənovun yaxın çevrəsi ilə birlikdə, özünün yerli və xarici mətbuatda piarının aparılmasını, onunla bağlı işlərin yenidən qurulmasını təmin etmək məqsədilə analitik mərkəz yaratması ilə bağlı xəbərlər yayılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar