Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Laçın koridorunu bağlayıb, cinayətkarların boğazını quş boğazı kimi üzək” - Deputat

“Qondarma rejimin qondarma quldurbaşı, hərbi cinayətkar, vətən xaini Araik Arutyunyanın Moskvaya səfərə getdiyi bildirilir. Əgər bu həqiqətdirsə, Azərbaycan 10 noyabr razılaşmasından birtərəfli qaydada çıxmağı və separatçı rejimin cinayətkar quldurbaşılarını cəzalandırmaq, Laçın koridorunu bağlamaq hüququnu özündə saxlayır”.

PİA.az-ın xəbərinə görə, bunu deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, Rusiyanın davranışları çox narahat edir: “İmkan ver ki, öz ərazimizdə özümüz qərar verək. Qondarma rejim hər dəfə vətən, vətən deyəndə başımdan tüstü çıxır. Laçın koridorunu bağlayıb, cinayətkarların boğazını quş boğazı kimi üzək. Bəsdirin, yığdınız bizi boğaza. Rusiya desin görək Araikin Moskvada nə işi var? Axı niyə Laçın yolunu su yoluna döndərib? Rus sülhməramlıları kimdən xoşları gəlirsə, onları buraxırlar. O hansı pasportla gedib ora, kimlərlə görüşür? Mütləq Laçın koridorunun statusunu dəyişdirməliyik. Mən partiya sədri olaraq hökumətdən 10 noyabr razılaşmasına əsaslı dəyişikliklər etmək barədə mövqeyini Rusiya tərəfinə bildirməyi tələb edirəm. Rusiya öhdəliklərini yerinə yetirməsə, o zaman biz indidən onun vasitəçiliyindən imtina etməliyik. Sual verirəm? Ermənistan qoşunlarının Azərbaycanın Qarabağ bölgəsində nə ölümü var? Onlar niyə çıxarılmır? O silahlılar, separatçılar bizim torpağımızda niyə atəşkəs xətti yaradıb, niyə səngər qazır? 10 noyabr razılaşmasına görə axı onlar rədd olub getməli idilər. Ümumiyyətlə, onlar Azərbaycanın yurisdiksiyasına niyə qayıtmır, niyə özlərini ayrıca dövlət kimi aparmalıdır? Çünki Rusiyadan güc alırlar. Bunlar kimdir ki, Qarabağda rus dilini rəsmi dil elan etsinlər və Rusiya da səsini çıxarmasın? Rusiya icazə verməz ki, ərazisində ikinci bir dövlət yaransın. Biz də icazə vermərik. Azərbaycan Araiki həbs etmək üçün mütləq əməliyyat keçirməlidir və Laçın koridoru da bizim nəzarətimizdə olmalıdır. Başqa yol görmürəm”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay