Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tender kralı” 219 min manat vergi borcunu ödədi

Tovuz rayon Suvarma Sistemləri İdarəsinin bu gun keçirdiyi satınalma müsabiqələrindən birini böyük məbləğdə vergi borcu olan  “Art-Proje” MMC qazanıb.

Valyuta.Az xəbər verir ki, məbləği 61 min 453 manat 34 manat olan tender LOT_7_Nasos aqreqatlarının ehtiyyat hissələri və elektrik avadanlıqlarının satın alınması ilə bağlı olub. 

Qeyd edək ki, 3 gün əvvəl Şəki Subartezian Quyularının İstismarı İdarəsinin keçirdiyi cari təmiri üçün nasos aqreqatlarının və elektrik avadanlıqlarının ehtiyat hissələrinin satınalınması müsabiqəsinin qalibi də “Art-Proje” MMC olmuşdu. Həmin tenderin məbləği 208 min 674 manat təşkil edirdi. Valyuta.Az-ın  araşdırmaları zamanı məlum olmuşdu ki, şirkətin martın 12-inə olan vergi borcu 655 min 774 manat 8 qəpik təşkil edib. Bu günə isə şirkətin vergi borcu  436 min 647 manat 55 qəpikdir. Göründüyü kimi, şirkət son 3 gündə vergi borcunu 219 min 126 manat 53 qəpik azalda bilib. 

 

Bu isə o deməkdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarəsi satınalmalar haqqında mövcud qanunvericiliyi son 3 gündə 2 dəfə kobud şəkildə pozub. Qanuna görə, məcburi öhdəlikləri yerinə yetirməyən şirkətlər tenderlərdə iştirak edə bilməz. 

Xatırladaq ki, “Art-Proje” MMC Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumdan ən çox tender udan şirkətlərdən biridir. Məsələn, 2010-2017-ci illər arasında keçirilən 51 satınalmanı "Art-Proje" qazanıb. Bunların ümumi məbləği 18 milyon 232 min 507 manat 96 qəpik olub. Maraqlıdır ki, 51 satınalmanın 36-sını Əhməd Əhmədzadənin tabeliyində olan qurumlar keçirib. 

27.06.2019 tarixindən indiyə kimi şirkətlə 16 satınalma müqaviləsi bağlanılıb ki, onlardan 10-nu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlar keçirib.

Mediada yayılan məlumatlara görə, Əkram Əliyevin “Hidro-M” MMC adlı daha bir şirkəti var. Həmin şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-dur. Hazırda reyestr sənədlərində sözugedən şirkətin qanuni təmsilçisi Valeh Xələfov İsa oğludur. Şirkətin qeydiyyat sənədlərinə son dəfə 26.02.2019  tarixində dəyişiklik edilib. 

2003-cü ildə yaradılan “Hidro-M” MMC də son 10 ildə dövlət satınalmalarını ən çox qazanan şirkətlərdən biri olub ki, əksər satınalmaları da  Meliorasiya və Su Təsərrüfatı ASC keçirib…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar