Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülhməramlı” işğalı: Moskva Ukraynanı da ordusunu göndərməyə hazırlaşır... 

Rusiya Donbassa “sülhməramlılarını” göndərmək məqsədilə təxribat hazırlayır.
 
Ovqat.com xəbər verir ki, Ukrayanın işğal olunmuş ərazilər üzrə nümayəndəsi Sergey Qarmaş öz facebook səhifəsində yazdığı statusda bunu bəyan edib.
 
Onun sözlərinə görə, Fransa və Almaniya Donbass problemini həll etmək üçün “yol xəritəsi" hazırlayıb. Bu isə Kremli qane etmir və Moskva işğal etdiyi ərazilərdə hərbi baza yaratmaq istəyir. Bunun üçün də qəsdən təxribatlar yaradır.


 
"Təxribatın və sülhməramlıların yeridilməsinin məqsədi Donbasda yeni reallıq yaratmaqdır ki, bu da Rusiyaya sərf etməyən alman – fransız “yol xəritələrini aktuallığını itirməsinə və Abxaziya nümunəsinə dair problemin konservasiyasına imkan verəcək",- Qarmaş belə düşünür.
 
Qeyd edək ki, bazar ertəsi günü tanınmamış Donetsk və Luqanski “respublikası” sərhədlərində Ukrayna ordusu ilə separatçılar arasında döyüşlər baş vermiş, xeyli əsgər ölümləri ilə bağlı xəbərlər yayılmışdı. Qarmaşın sözlərindən belə anlaşılır ki, hadisəni Rusiya törədib və məqsədi bundan istifadə edib öz “sülhməramlılarını” bölgəyə yerləşdirməkdir.
 
Ukraynanın işğal edilmiş ərazilərinin Minks qrupunun həmsədrləri Rusiya, Fransa və Almaniyadır. Kiyev Rusiyanın qrupa vasitəçi kimi salınması ilə razılaşmır, onun münaqişə tərəfi olduğunu irəli sürür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay