Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə 15 İyul hadisələri Demokrat Adminstrasiya dönəmində yenidən təkrarlana bilər?

Çevriliş cəhdini planlaşdıran və buna cəhd edən, bunun üçün Fətullahçı Terror Təşkilatından yararlananlar, ya da çevrilişi hazırlayanların siyasi varisləri olan heyət indi yenidən ABŞ-da yüksək vəzifələrdədir...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 10 fevral 2021-ci il

ABŞ Dövlət Departamentinin, “Amerikanın Türkiyədə 2016-cı ildə baş verən çevriliş cəhdi ilə heç bir əlaqəsi yoxdur və həmin hadisələri dərhal qınadıq. Türk səlahiyyətlilərin iddiaları həqiqəti əks etdirmir”, açıqlaması Türkiyədə qəribə bir reflekslə qarşılanıb.

Hər kəs FETO-nun çevriliş cəhdinin arxasında ABŞ-ın dayandığını sübut etməyə çalışır. Ümumiyyətlə, buna şübhə varmı?

Amerika həmişə olduğu kimi yalan danışır. Maraqlıdır ki, 15 İyuldan bu yana məmurlar, ictimaiyyət və media tərəfindən davamlı və açıq şəkildə ittiham olunsa da, ABŞ PKK-ya dəstək verildiyi dövrdə həmişə rəsmi olaraq bütün iddiaları rədd etmişdi. Bəs indi niyə Dövlət Departamentinin dilindən görkəmli bir tonda özünü müdafiə etməyə çalışır?

Əsas məsələ budur ki, məhz çevriliş cəhdini planlaşdıran və buna cəhd edən, bunun üçün Fətullahçı Terror Təşkilatından yararlanan, ya da çevrilişi hazırlayanların siyasi varisləri olan heyət indi yenidən ABŞ-da yüksək vəzifələrdədir.

Baş terrorçu Gülənin ABŞ-da üzə yaşaması və qorunması çevriliş cəhdinin arxasında kimin dayandığını ortaya qoyur. Ancaq, xüsusilə çevrilişdə bu komandanın rolunu anlamaq üçün sual vermək lazımdır ki, görəsən, FETO qalib gəlsəydi, bölgədəki siyasi coğrafiya necə olacaqdı? İndiyə qədər terror dəhlizi çoxdan qurulmuş olacaqdı. Beləliklə, Türkiyə bu gün parçalanacaqdı. İran, İraqSuriya ilə birlikdə kiçik bir mənzərə də ortaya çıxır.

Bəs 15 İyulda və hazırda hakimiyyətdə olan ABŞ administrasiyası kimlərdən ibarətdir?

Türkiyənin ən çox əlaqədə olacağı siyasi komanda belədir: Bayden-Ostin-Blinken-Sullivan-Mequrk.
Yəni ABŞ prezidenti, dövlət katibi, müdafiə naziri (Pentaqon), Ağ Evin milli təhlükəsizlik müşaviri və Yaxın Şərq-Şimali Afrika masasının rəhbəri.

Komanda belədirsə, o zaman hansı taktikanın tətbiq ediləcəyini başa düşmək heç də çətin deyil?

Hillari və qızı Çelsi Klintonların Kobanidəki YPG qadın militanlarından bəhs edən bir televiziya serialı çəkməsi xəbəri, bir həftə əvvəl ABŞ firqələrinin Boğazdan keçərkən “qırmızı işıqda dayanmırıq” mesajı göndəməsi, ABŞ Dövlət Departamentinin “Boğaziçi Universitetindəki nümayişlər zamanı meydana gələn istintaqlar bizi narahat edir. Cinsi azlıqlara qarşı olan nifrət nitqini şiddətlə qınayırıq”, açıqlaması, ABŞ Dövlət Departamentinin “15 İyulla əlaqəmiz yoxdur” açıqlaması, 1990-cı illərdə Türkiyəyə edilən pisliklərdə ciddi rolu olan Makovskinin “Amerikanın Səsi” qəzeti vasitəsilə verdiyi: “Ankara S-400-dən imtina edərsə, türk seçicilər 2023-cü il seçkilərinə qədər bunu unuda bilərlər, amma iqtisadiyyat unutmaz”, açıqlaması, ABŞ-ın BMT səfirinin “Rusiya və Türkiyə Liviyadan çıxsın”, deməsi, Pentaqonun “Rusiyanın S-400 alması Türkiyənin ABŞNATO bağlılığına uyğun gəlmir” deyə açıqlama verməsi və nəhayət, CENTCOM-un PKK / YPG-ni Kobaniyə görə təbrik etməsi... Bu siyahını hələ çox uzatmaq olar.

Məsələ bu qədərlə də bitmir, amma diqqət yetirmək lazımdır ki, sözlər bir-birinin təkrarına bənzəyir. Ankaraya baxanda bəlli olur ki, Vaşinqtondakı hər rəsmi bina olduqca narahatdır.

Komandadan danışırıqsa, taktikadan da danışmalıyıq. Yeni Amerika adminstrasiyanın bu hücumları təkrar etməsinin səbəbi müdafiəni zəiflətmək istəməsidir. Bayden taktikalardan deyil, strateji nəticədən danışacaq. O vaxta qədər Türkiyəni də uyğun vəziyyətə gətirməyi planlaşdırır.

Bunu həyata keçirdikdə iki addım atacaqlar. Birincisi, Türkiyənin Rusiyaya və digər “ABŞ düşmənləri”nə yaxın olmasının qarşısını almaq, ikincisi, geniş ölçüdə Türkiyəni ilə transatlantik ittifaqından asılı tutmağa çalışmaq. Üçüncüsü isə terror təşkilatını dəstəkləmək və son hədəfi üçün onu irəli sürmək.

2023-ə doğru gedən prosesdə Türkiyənin dinamikasına toxunmağa başlayan hadisələr yeni Amerika hökuməti ilə əlaqələndirilir. Eynilə, bəzi televiziya kanalları yayım siyasətləri, universitetlərdəki müəyyən addımlar və iqtisadi həssaslıqlar bununla bağlıdır.

Bənzər bir proses Rusiyada da fəaliyyət göstərir. Bəs Rusiyadakı Navalnının Türkiyədəki qarşılığı kim ola bilər?

Süleyman Soylunun 15 İyul hadisələrində ABŞ-ı günahkar hesab etməsi ilə bağlı açıqlamalarını məhdudlaşdırab “Twitter” və digər sosial media platformaları onsuz da hər şeyi ortaya qoyur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

ABŞ-nin iki ştatında təhlükəli virusa görə komendant saatı tətbiq edilib

Ən çox oxunanalar