Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayramlı qəsəbəsində sakinlərlə görüş keçirilib - Fotolar

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində sakinlərlə görüşüb. Görüşdə Bayramlı qəsəbə nümayəndəsi, Salyan Regional Qaz İstismar İdarəsinin baş mühəndisi, Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan xidmət sahəsi üzrə rəis müavini və qəsəbə sakinləri iştirak edib.

İH-dən PİA.az-a verilən məlumata görə, görüş zamanı icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və qeyd edib ki, keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.

Şəhərin bəzi ərazilərinin qaz təminatında yaranan problemin qısa müddətdə aradan qaldırıldığını, qazın verilməsində artıq heç bir problemin olmadığını bildirib. Sakinlər Bayramlı qəsəbəsində də bu məsələnin tənzimləndiyini bildirdi və nəzarətdə saxlanılmasını xahiş etdilər.

Sakinlər qəsəbədaxili yolun təmiri və işıqlandırılması, telefon xəttinin çəkilməsi, sakinlərin istirahəti üçün kiçik park salınmasını və digər məsələlərlə bağlı icra hakimiyyətinin başçısına müraciət ediblər. Başçı qaldırılan məsələlərin həli istiqamətində tövsiyə və tapşırıqlarını verib və zamanla problemlərin öz həllini tapacağını bildirib.

Qəsəbə sakinləri onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar