Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni generallar Paşinyana qarşı birləşdilər

Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan generalları Paşinyan hökumətinin istefası tələbinə qoşulublar.

Yenisabah.az xəbər verir ki, erməni generallar Azərbaycanla aparılan 44 günlük müharibədən sonrakı acınacaqlı vəziyyətə dair bəyanat da yayıblar.

Bəyanata imza tatan generallar bildiriblər ki, Ermənistandakı cahil, diqqətsiz, təkəbbürlü səlahiyyətlilər ölkəni məhvə aparırlar.

Onlar Ermənistan cəmiyyətini gündən-günə artan problemlərə və bölgədəki təhlükəsizliyə yeni təhdidlərə ayıq baxmağa çağırıblar.

“Bu məqsədlə ölkədə daxili siyasi sabitliyin qurulmasını, yeni səlahiyyətli, bilikli və təcrübəli bir hökumətin formalaşmasını, bütün dövlət strukturlarının və xüsusən də ordunun vəzifələrinin dəqiq şəkildə formalaşdırılmasını dərhal təmin etməyi vacib hesab edirik.

Mövcud hakimiyyət dövləti idarə etmək iqtidarında olmadığını, Vətən qarşısında üzərinə götürdüyü ağır məsuliyyətin yükünü daşıya bilmədiyini nəzərə alaraq, dərhal istefa verməlidir”,- erməni generallar bildiriblər.

Bəyanat müəllifləri dərhal Ermənistan-Dağlıq Qarabağ-Diaspor üçlüyünün bütün potensialdan istifadə etməyə, mövcud vəziyyəti təhlil etməyə və qiymətləndirməyə, düzgün yolları müəyyənləşdirməyə və hər şeyi sürətlə həyata keçirməyə çağırıb.

“Mövcud vəziyyətdə müttəfiqimiz Rusiyanın sülhməramlı səylərinə paralel olaraq laqeyd qalmamalı və düşmənin hər hansı təcavüzünə hazır olmalıyıq”, - deyə generallar əlavə ediblər.

Modern.az yazır ki, bəyanatı generallar Seyran Ohanyan (keçmiş müdafiə naziri), Yuri Xaçaturov, Movses Hakopyan, Mikael Qriqoryan, Hayk Kotanjyan, Levon Mnatsakanyan, Arshavir Qaramyan,  Alik Mirzabekyan, Samvel Karapetyan, Armen Kagramanyan, Vladik Ovannisyan və digər yüksək çinli hərbçilər imzalayıblar.

pia.az 


Etiket: General


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ən çox oxunanalar