Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərədə ingilis gücü zəifləyir - London Brüsselə meydan oxumaqla əsl həqiqəti gizlədir...

Hələ də İngiltərənin son parçalanmasını görmürük, amma Britaniya adalarında bütövlükdə ingilis hökmranlığının tənəzzülü hər zamankindən daha aydın görünür...

Patrick Cockburn
“The Independent” qəzeti, 18 dekabr 2020-ci il

Keçən ilin birinci yarısında “Brexit”in mümkün təsirləri barədə yazmaq üçün İngiltərəni gəzərkən vəziyyətdən məmnun olan və olmayan bir çox insanla tanış oldum. Ancaq görüşdüyüm insanlar içində ən xoşbəxt olanlar Belfastdakı irlandiyalı Respublikaçılar idi. Əksəriyyəti həyatlarını ingilis hökmranlığına qarşı çıxmağa həsr etmiş “Sinn Fein” Partiyasının hazırkı və keçmiş üzvləridir.

İrlandlar “Brexit”in bölgəni beynəlxalq bir sərhədə çevirərək İrlandiya məsələsini canlı siyasi məsələ halına gətirdiyini başa düşüblər. Bu, artıq İngiltərə ilə İrlandiya Respublikası arasında təxminən 500 kilometrlik bir sərhəd xətti deyil, İngiltərə ilə AB arasındakı sərhəddir.

İrlandiyalı millətçilər 1921-ci ildən bəri İrlandiyanın bölünməsi məsələsi ilə bağlı dünyanın marağını cəlb etməyə çalışdılar, ancaq uğursuz oldular. İngilis hökuməti indi Şimali İrlandiyanın İngiltərənin bir hissəsi olaraq statusunu zəiflədərək və özünə zərər verərək onların vəzifəsini yerinə yetirir.

Birlikçilərin onlara xəyanət ediləcəyi ilə bağlı narahatlıqları bu həftə AB və İngiltərə hökuməti arasında imzalanan İrlandiya dəniz sərhədi razılaşması ilə təsdiqlənib. Müqavilə mürəkkəb və qarışıqdır, lakin praktika onu göstərir ki, Şimali İrlandiya ilə İngiltərə arasında ticarət məhdudiyyətləri olsa da, Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında belə bir şey olmayacaq. Birlikçi qəzetlər də artıq “İrlandiya dənizi sərhədi” məsələsini bitmiş bir məsələ olaraq göstərirlər. Eyni zamanda, Boris Conson Daxili Bazar Qanunundan dəniz sərhədi məsələsində tənqid olunan maddələri çıxarıb.

“Brexit”çilərin nəzarəti yenidən ələ aldıqlarını iddia edərək hakimiyyətə gələn keçmiş liderlər öz addımları barədə çox danışmırlar, lakin ingilis dövləti İngiltərənin bir hissəsi üzərindəki səlahiyyətlərindən imtina edir. Şimali İrlandiya gələcəkdə AB-nin gömrük nizamlamalarına və “vahid bazar” qaydalarına riayət edəcək, lakin İngiltərənin qalan hissəsi bunu yerinə yetirməyəcək.

Təəccüblü deyil ki, son bir neçə gündə Brüsselə meydan oxuyan və Consona möhkəm dayanması üçün çağırış edən “Brexit” tərəfdarı media ingilis hökumətinin real gücünün bu cür zəifləməsi barədə bir kəlmə də yazmır.

Digər tərəfdən, Şimali İrlandiyadakı birlikçilər xəyanətə məruz qaldıqlarını deməkdən çəkinmirlər. Birlik tərəfdarı olan “News Letter”in “The Irish Times” qəzetində çıxan yazısında da deyilir: “Baş nazir həmişə şəxsən özü üçün, daha sonra partiyası və İngiltərə üçün doğru olanı edəcək”.

“Conson Tereza Meyin sərhədlə bağlı divarını qınamaq üçün məsələdə Şimali İrlandiyaya gəldikdə açıq şəkildə kinayə etdi. Bir neçə ay ərzində ömrü boyu arzuladığı baş nazirliyə sahib oldu və bu məqsədinə çatdıqdan bir neçə həftə sonra bölgəni özbaşına buraxdı”.

Əlbəttə ki, Conson kimi bir saxtakara güvənən insanlar heç bir rəğbətə layiq deyillər. Arlen Foster və Demokratik Birlik Partiyasının (DUP) hədsiz praqmatik olduğu bilinsə də, Mühafizəkarlar Partiyasının yaxınlığının uzun müddət davam edəcəyinə inanaraq sadəlövhlük etdilər.

Bununla birlikdə, İrlandiya dəniz sərhədinin yaranması və Daxili Bazar Qanunundakı mübahisəli maddələrin çıxarılması Consonun etibarsızlığını daha da sübuta yetirir. Bu, bəzi cəbhələrdə güc balansındakı dəyişikliklərin nəticəsidir və hamısı da İngiltərənin ziyanınadır. Birinci cəbhə Şimali İrlandiyadakı protestant ittifaqçılar və katolik millətçilər arasındadır. Birinci cəbhənin hakimiyyəti 1968-ci ildəki problemlər (yəni Şimali İrlandiya problemi) dövrünün başlanğıcından bəri azalmaqda idi və bu azalma 30 il sonra Müqəddəs Cümə Sazişi ilə tanınmış və təşkilata çevrilmişdi.

İttifaqçı protestantlar yaxın zamanda keçiriləcək siyahıyaalmada demoqrafik çoxluqlarını itirdikcə iki icma arasındakı tarazlıq daha çox dəyişəcək. İrlandiya sərhədinin yeri uğrunda aparılan mübarizənin nəticəsi yalnız İrlandiyanın məsələsi deyil, eyni zamanda, Brexit-dən sonrakı İngiltərə və İrlandiya Respublikası, Aİ və ABŞ arasında gedən bir iqtidar sınağıdır. Bu sınağın nəticəsi hazırkı ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq, qlobal İngiltərənin kiçilmiş bir güc olduğunu göstərəcək.

Bu, İrlandiyanın tezliklə birləşəcəyi mənasına gəlmir. İttifaqçılar da millətçilər qədər sərtdirlər. Əksəriyyəti İrlandiya Respublikasında daha yaxşı vəziyyətdə olacağını düşünmür, amma dəyişən şey budur ki, əvvəllər İngiltərədə daha yaxşı yaşadığını düşünən millətçi cəmiyyətin böyük bir qismi artıq belə düşünmür.

O zamanlar “Brexit” liderlərinin İrlandiya sərhəd məsələsi ilə bağlı təkəbbürlü cahilliyinə heyrətlənirdim. Texniki yollarla nəzarətdən danışmışdılar, lakin əksər hissəsinin millətçi ərazilərdən keçdiyini və sərhədləri izləyən hər hansı bir cihaz quraşdırıldıqdan bir neçə dəqiqə sonra parçalanacağını başa düşmədilər. Bir il sonra Conson hökuməti koronavirus epidemiyası ilə mübarizə apararkən eyni cahillik səhv qərarların və işdəki səriştəsizliyin şahidi oldum.

Səriştəsizliyi artıq sübut olunmuş bir rəhbərlik altında müttəfiqləri olmadan dünyanın qalan hissəsini dəf etməyə çalışan İngiltərə ilə bağlı bəzi gülünc məsələlər var. Məsələ burasındadır ki, Mühafizəkarlar Partiyası yalnız millətçi bir partiyaya çevrilərkən hər yerdə görülən millətçi hərəkatların fəzilət və qüsurlarına sahibdir. Bunda xüsusən İngiltərəyə xas bir şey yoxdur: dünyadakı insanların çoxu milli dövləti ən yaxşı vasitə kimi görür. AB-nin 27 üzvü daxil olmaqla, hər bir xalqın pandemiyaya cavab verərkən tamamilə öz mənafelərini nəzərə alması buna nümunədir.

Millətçilər, xüsusilə iki zəiflikdən əziyyət çəkirlər: səhv olan hər şeyi xarici repressiv qüvvə ilə əlaqələndirirlər. İkincisi isə başqalarının millətçiliyini görmək istəmirlər, bunun saxta olduğunu, iqtisadi xəsislik kimi əsas səbəblərdən ilhamlandığını və saf vətənpərvərliklərindən tamamilə fərqli olduğunu düşünürlər. “Brexit”çilər öz ingilis millətçiliyinin İrlandiya və Şotlandiyaya necə təsir edəcəyi barədə heç düşünmədilər. Halbuki Şotlandiyada aparılan son 15 rəy sorğusu göstərir ki, əksər şotlandlar müstəqilliyin tərəfdarıdırlar. Bu, tezliklə baş verməsə belə, Şotlandiya problemi bir zamanlar İrlandiya məsələsində olduğu kimi növbəti onilliklərdə də İngiltərə siyasətinin hakim mövzularından biri olacaq.

Hələ də İngiltərənin son parçalanmasını görmürük, amma Britaniya adalarında bütövlükdə ingilis hökmranlığının tənəzzülü hər zamankindən daha aydın görünür. İrlandiyanın İngiltərə əhalisinin 1/13 hissəsinə sahib olmasına baxmayaraq, ən azından indi AB və ABŞ tərəfindən dəstəkləndiyi üçün ciddi siyasi bir rəqibə çevrildi. Ona görə də, Belfastdakı Sinn Fein liderlərinin bu qədər xoşbəxt görünməsi təəccüblü deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay