Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murovun Vətən müharibəsinə görə təhsilini yarımçıq qoyan şəhid qəhrəmanı - Foto

Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının düşmən tapdağı altında qalması ilə barışmayacaq. Müharibədə əldə olunan qələbə neçə-neçə igidimizin qanı bahasına başa gəlsə də, şəhidlərimizin qanı yerdə qalmadı. Onlardan biri də şəhid Səxavət Talıbzadədir.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Səxavət Talıbzadənin döyüşlərdə iştirak etdiyindən valideynləri belə xəbərsiz olub.

“Report”un Aran bürosu xəbər verir ki, Vətən yanğısını içində gəzdirən, təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşan Səxavət Talıbzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərən igidlərimizdəndir.

Səxavət Talıbzadə Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. Atası Zeyniş Talıbov deyir ki, övladının müharibədə iştirakından bir də Murov zirvəsi azad olunanda xəbər tutub: “Müharibə başlayanda xəbər tutduq ki, Səxavət Murovdadır. Murov zirvəsi alınanda zəng edib dedi ki, gözləriniz aydın olsun, Murov zirvəsini fəth etdik. Anasına deyib: “Gözlərin aydın olsun, burda sənin də oğlunun payı var”.

Səxavət Talıbzadə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kollecində təhsil alırdı. Lakin təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb. Doğmaları kolleci bitirməyi tövsiyə etsələr də, o, müddətdən artıq xidmət etmək istəyindən dönmür.

Zeyniş Talıbovun sözlərinə görə, bir gün ali rütbəli zabitlərdən biri onun xidmət etdiyi hərbi hissəyə gəlir: “General hərbçilər qarşısında deyir ki, avtomobilin pəncərəsinin şüşəsini aşağı endirəcəm. Kimin nə ərizə və şikayəti varsa, kağıza yazsın və atsın avtomobilin içinə. Bir az sonra general avtomobilə atılan məktubları götürüb oxuyur. Hərbçiləri bir yerə yığaraq deyir ki, Talıbzadə Səxavət kimdirsə cərgədən irəli çıxsın. O, Səxavəti nəzərdə tutaraq deyir ki, bu əsgər mənim ürəyimi açdı. Ona qarşı məhəbbətim çoxaldı. Bu əsgərə lazım olan imkanları yaradacam”.

Səxavət tədricən bütün əsgər yoldaşlarının hörmətini, sevgisini qazanır. Bu da təsadüfi deyildi. Onun döyüşlərdəki cəsurluğu, qorxmazlığı hər kəsdə qürur hissi yaradırdı.

“Hərbçi yoldaşları deyirlər ki, əmi, oğlun cəsur idi, heç vaxt döyüşdən çəkinməzdi. O, seçilmişlərin arasında idi. Səxavət heç vaxt düşmənin qarşısından geri çəkilməzdi. Onda həmişə qisas, intiqam hissi vardı”, - deyə Zeyniş Talıbov əlavə edir.

O, daim valideynləri ilə telefon əlaqəsi saxlayar, özü cəbhədə olsa da, ata-anasından narahat olardı: “Tez-tez zəng edər, özü barədə məlumat verirdi. Deyərdi narahat olmayın. Bir gün zəng etmədi. Çox narahat idi. Axşamçağı idi, xəbər gəldi ki, oğlunuz şəhid olub”.

Səxavət Talıbzadənin son döyüşü Suqovşanda olur. Silahdaşları ilə birgə düşmənə ağır zərbələr vuran igid döyüşçümüz Vətən müharibəsinin yeddinci günündə 22 yaşında şəhidlik zirvəsinə ucalır.

Səxavət Talıbzadə Qaracalar kənd qəbristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay