Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Ermənistana kəşfiyyat məlumatları ötürürdü...

Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon, Tunis. Bu ölkələrin adını təsadüfən xatırlamadıq. Bütün bu məkanlarda vaxtilə kütləvi şəkildə insan ölümü baş verib. Və bütün bunların günahkarı Fransadır. O Fransa ki, hazırda Qarabağ münaqişəsinin sülh yolu həll edilməsində israrlıdır. Amma hansı sülhdən söhbət gedir, anlaşılmır.

Çünki Azərbaycan bu problemi 44 gün ərzində həll edib qurtarıb. Fransa prezidenti Emmanuel Makron ölkəsindəki erməni elektoranın təzyiqi altında (sevgi deyil, məhz təzyiqi altında) heç bir hüquqi prinsipə uyğun olmayan addım atdı. Əlbəttə ki, bunu rəsmi dövlət səviyyəsində yox, Paris meriyasının əli ilə etdi. Həmin meriya səviyyəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsi gündəliyə çıxarıldı.

Bəs, Fransa ermənilərə sadiqlik əzmkarlığını niyə paytaxt meriyası çərçivəsində həyata keçirir? Ona görə ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ortada hüquqi sənəd varsa, Makrondan əvvəlki liderlərin çıxışlarında ərazi bütövlüyünün tanınması ifadələri səslənibsə, deməli rəsmi qaydada dırnaqarası Dağlıq Qarabağ Respublikası tanına bilməz. Əgər hesabat istənilsə, təbii ki, Makron bunu ölkədə demokratiyanın hökm sürməsi və ayrı-ayrı bələdiyyələrin müstəqil qərar qəbul etmək səlahiyyətində olması ilə izah edəcək.

Məsələ tamam başqa rakursda inkişaf edir. Fransa və ABŞ Rusiyanın məlum bəyannamə məsələsində tək qərar qəbul etməsinə birmənalı yanaşmır və bunu vasitəçi ölkələrin heçə alınması kimi qarşılayır. ABŞ Dövlət Departamentinin bəyannamənin detalları ilə tanışlıq müraciətinə Moskvanın təəccüblənməsinin səbəbi var. Birinci ona görə ki, əgər oktyabrın 10-da ErmənistanAzərbaycan tərəflərinə atəşkəsi rəsmi Moskva təklif etmişdisə, ikinci atəşkəs Makron vasitəsilə həyata keçirilmişdi. Digər həmsədr ölkə - ABŞ da prosesi yaxından izləmiş, üstəlik hər iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda danışıqlara dəvət edilmişdi. Noyabrın 10-da qəbul edilən Bəyannamə ilə elə həmin gün Fransa prezidenti tanış olmuşdu, hətta detallarına qədər. Xüsusilə Fransanın təlaşlı halda manevr etmək cəhdlərinin arxa pərdəsində nə niyyət güddüyü tam məlum olur. Əgər müharibə bitibsə, onda bu təlaş nədən ibarətdir. Əgər “sülh danışıqları” termini ortaya atılırsa, nəyin sülh danışıqlarının predmeti olacağı məlum deyil. Bir sözlə, Fransa daldan atılan daş rolunu oynamaqdadır.

Qondarma respublikanın tanınmasını gündəliyə çıxarmaq həm də ləğv olunmuş statusu yenidən aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk Qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir.

Fransa yeni vassallar axtarışına son qoyub tarixi gerçəklikdən doğan imicinə əl gəzdirməyə vaxt sərf etsə, daha faydalı işlə məşğul olmuş olar. Görünür, Makron unudur ki, özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa özünün tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Əslində, Makronu indi hansısa xalqın taleyindən və Fransanın imicindən daha çox öz siyasi karyerası qayğılandırır. Erməni diasporunun səsini oğurlamağa yönəlmiş cəhdlər siyasi tamaşanın bir hissəsidir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri neytral qalmaqla Dağlıq Qarabağ münaqişəsinin həllini təmin etməliydi. Ancaq vasitəçilər 28 il ərzində beynəlxalq hüququn tələblərinin tətbiqinə nail ola bilmədiyindən, Azərbaycan öz gücü hesabına işğal faktını aradan qaldıraraq, BMT qətnamələrinin icrasını təmin etdi. Amma görünür, Ermənistanın kapitulyasiyası ilə bitən bu həll kimlərisə qane etməyib. Rəsmi Parisin davranışları belə deməyə əsas verir. Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması bu ölkənin təkcə erməni diasporunun təsiri altında qəbul etdiyi absurd qərar deyil, həm də separatizmə və işğalçılığa verdiyi dəstəkdir. ATƏT Minsk Qrupunun həmsədri olan Fransa ardıcıl olaraq ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Fakt odur ki, müharibənin davam etdiyi bu günlər ərzində Fransa özünü ermənilərdən daha çox erməni kimi aparıb.

Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün bir qədər də irəli gedərək müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.

Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, bu, azmış kimi, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursatlar göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib. Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və bu fəaliyyəti indi də davam etdirilir.

Beləliklə, Makron təkcə gələcək seçkilərdə ermənilərin səsini oğurlamayacaq. Həm də yeni dünya düzəni sistemində özünü kölgədə qoyacaq. Düzən onsuz da düzənəcək.

Azər Qismət

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay