Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə XİN: BMT-nin İnsan Hüquqları Şurasının iddiaları həqiqətə uyğun deyil

"BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin açıqlamasındakı iddialar əsassızdır, tamamilə həqiqətdən uzaqdır. Bu feyk xəbərlərin yayılmasının səbəbi diqqəti Ermənistanın işğalçılığından yayındırmaq və saxta "beynəlxalq terrorizmlə mübarizə aparan məzlum ölkə" imici yaratmaq cəhdidir. Ermənistanın Suriya Milli Ordusu hərbçilərinin görüntülərini videoya çəkərək saxta "dəlil" kimi internetdə yaydığı sübut olunub. Bu saxta videolar və pul qarşılığında danışdırılan şəxslərin sözləri inandırıcı deyil".

PİA.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun deyib.

Nazirliyin sözçüsü deyib ki, Türkiyə tərəfinin fikrini öyrənmədən qara təbliğat olan saxta görüntülər və informasiyalar əsasında yayılan mətbuat açıqlaması BMT-nin Xüsusi Prosedurlar Mexanizminin etibarlılığını zədələyib. Bu mexanizmdən gözlənilən tərəf tutan açıqlamalar əvəzinə şəffaf araşdırmalara və bütün tərəflərin mövqeyinə əsaslanan rəy verməkdir.

Türkiyə XİN-in açıqlamasında qeyd olunur ki, Ermənistanın Suriyadan gətirdiyi PKK/YPG terrorçularını Qarabağda yerləşdirdiyi və onlardan istifadə etdiyi hər kəsə məlumdur. Hətta adları tərəfimizdən bilinən çoxlu sayda PKK terrorçusu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Ermənistanın Baş naziri Paşinyanın da etiraf etdiyi kimi, erməni diaspor təşkilatları üçüncü ölkələrin vətəndaşları olan erməniləri Qarabağdakı döyüşlərə cəlb ediblər. Biz gözləyirdik ki, bu məlumat xüsusi məruzəçilər tərəfindən araşdırılacaq və onların bəyanatlarında əks olunacaq.

O bildirilib ki, BMT-nin Xüsusi Prosedurlar Mexanizminin açıqlamasında qeyd edilən mülki əhalinin atəşə tutulmasını həyata keçirən əslində Ermənistandır. Baş nazir Paşinyanın hərbi müşavirinin dediyi kimi, Ermənistan əhali arasında xaos yaratmaq məqsədilə Azərbaycana qarşı qadağan olunmuş kasetli bombalardan istifadə edib və müharibə cinayətləri törədib. Bütün bunlar "Human Rights Watch" və "Amnesty International" təşkilatları tərəfindən də təsdiqlənib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay