Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Paşinyanın qaçışı barədə şayiələr yayıldı

Son günlər Ermənistanda Baş nazir Nikol Paşinyanın istefa vermək niyyəti barədə məlumatlar dolaşır. 7 Noyabr axşamından bəri isə, Ermənistanda hakimiyyətin prezident Armen Sarkisyana keçdiyinə dair söz-söhbətlər səngimir. İddialara görə, bu qərara 9 noyabr səhəri rəsmi olaraq elan ediləcək.

Ermənistanın üst düzeyində bir şeylər olur və görünən budur ki, Paşinyan bir müddətdir öz vəzifəsindən ayrılmaq istəyir. Lakin ona bu imkan verilmir. Eyni zamanda, baş nazirin siyasi qərarların qəbuletməsində iştirakına qadağa qoyulduğu da iddia olunur. artıq aydındır. Həmin iddiaların mabədində qeyd olunur ki, o, müxalifətçi olduğu dövrdə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən fəaliyyətə cəlb olunub.

Şübhəsiz ki, Paşinyanın səssizcə istefaya getmək istəməsi üçün yaxşı bir səbəbi var. Paşinyan Ermənistanın tqm məğlubiyyətinə görə məsuliyyət daşımaq istəmir. Ermənistan silahlı qüvvələrinin rəhbərliyi Nikol Paşinyanın sakitcə aradan çıxıb, məsuliyyətdən yayınmasına imkan verməyəcək.

Lakin Musavat.com sosial medianın Ermənistan seqmentindən sensasion məlumat toplayıb. Ermənistan sakinləri arasında dolaşan məlumata görə, Paşinyan Ermənistanı tərk etməyi bacarıb və bazar günündən bəri ölkədə deyil! Əlbətdə ki, bu cür məlumatlar gizli saxlanılır, əlavə olaraq baş nazirin istefası siyasi və hüquqi bir məsələdir. Buna görə formal olaraq vəzifəsində qalmaqda davam edir, hakimiyyət müdafiə naziri David Tonoyanın rəhbərlik etdiyi orduya keçir və prezident ona legitimlik vermək üçün bir şirma rolunu oynayır.

Baş nazir ümumiyyətlə gizlənmək, itib-batmaq ustasıdır. Məsələn, müəyyən qüvvələrin köməyi ilə 2008-ci ildə bir ilə yaxın erməni ədalətindən gizlənməyi bacarmışdı. Ancaq bu dəfə, onun qaçışı barədə məlumatlar, Paşinyanın hakimiyyətə gəlişindən sonrakı dövrdə milli təhlükəsizlik xidmətinin 4-cü direktorunun qəfil işdən çıxarılması fonunda da olduqca inandırıcı görünür.

Bildiyiniz kimi, bu gün səhər prezident Armen Sarkisyanın sərəncamı ilə cəmi bir ay əvvəl baş nazirin təklifi ilə təyin olunan Mikael Hambardzumyan istefaya göndərildi və onum yerinə Armen Abazyanı təyin olundu. O, Azərbaycanla müharibənin ən qaynar dövründə Ermənistanda baş verən başqa bir casus qalmaqalının araşdırılmasına rəhbərlik edirdi.

pia.az 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar