Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdama 10 mindən çox mərmi düşüb - 7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb - Video 

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən bu günədək Ağdam rayonun 62 yaşayış məntəqəsindən 43-nə ağır artilleriya qurğularından 10 mindən çox top və raket mərmiləri atıb.

Trend-in cəbhə bölgəsində olan əməkdaşının verdiyi məlumata görə, nəticədə yüzlərlə fərdi yaşayış evinə ziyan dəyib. Ümumilikdə isə bu günədək 7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb. Bundan başqa, 15 təhsil müəssisəsi, 5 körpələr evi erməni təxribatı nəticəsində dağılıb. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yardımçı tikililər, mağazalar, iaşə obyektləri, istehsal müəssisələri və eləcədə mal tövlələri dağıdılıb. Həyətyanı təsərrüfatlara mərmi düşməsi nəticəsinə 400 baş iri və xırdabuynuzlu heyvan tələf olub.

Bundan başqa rayonun infrastrukturuna xeyli ziyan dəyib. Elektrik dirəkləri və xətləri sıradan çıxıb. Rabitə və qaz xətləri ciddi zərər görüb. Yol infrastrukturunun bir hissəsi hərəkət üçün yararsız hala düşüb. Cəbhə xəttinə yaxın ərazilərdəki subartezian quyularından çoxu istismara yararsız vəziyyətdədir. Yaşayış məntəqələrində yerləşən 30-dan çox subarteziana ziyan dəyib.

Əkin sahələrinə düşən top, qrad, minaatan mərmiləri minlərlə hektar torpaq sahəsini partlamamış silah sursatla çirkləndirib. Mərmilər pambıq, soğan sahələrində məhsul yığımını gecikdirməklə yanaşı, həm də məhsulun zay olmasına səbəb olub.

piaaz

 


Etiket: Ağdam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar