Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus vergi ödəyicilərinin hesabına Rusiyaya qarşı fəaliyyət – SİMONYAN nümunəsi

Onun rəhbərlik etdiyi media orqanları hər gün anti-Azərbaycan və anti-Türkiyə təbliğatı aparmaqla məşğuldur

Bir neçə gün əvvəl Azərbaycan mediası “Russia Today”-in rəhbəri, erməni Marqarita Simonyanın Dağlıq Qarabağ mövzusunun yayımlanmasından kənarlaşdırıldığını yazmışdı. Dəlil olaraq, Simonyanın özünün bir neçə gündür “Telegram” kanalında da susaraq özünü repostlarla məhdudlaşdırdığı, Qarabağ separatçılarının və həmyerliləri ermənilərin lehinə danışmaması faktı gətirildi.

Məlumata görə, Simonyan, Rusiya mətbuatında yaratdığı erməni şəbəkəsinin həqiqətən Rusiya Federasiyası daxilində “beşinci kolon” rolunu oynadığı və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirdiyinə görə müvafiq strukturlara çağırılıb və ona yaxşıca dərs verilib.

Danışılanlar Rusiyanın məşhur “Telegram” kanalı "Kompromat GROUP"-da öz əksini tapdı. Bu kanalda Marqarita Simonyanın "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibədən sonra başının üstünü “qara buludlar” aldığı barədə məlumatlar yayımlandı.

Məlumata görə, bu müsahibədə Simonyan nifrət və əsassız ittihamlarla bir xeyli cəfəngiyat söyləyib, amma Rusiya yüksək dairələrini bir fikir lap çox əsəbləşdirib: “Türkiyə dayandırılmalıdır. Rusiya Türkiyəni cilovlamazsa, nəinki Azərbaycan, bir göz qırpımında Krım bir türk vilayətinə çevriləcək. Bunu yalnız axmaq adam başa düşə bilməz”.

“Simonyan, deyəsən lap ağ edib və unudub ki, o, öz milli eqosunu yox, Rusiyanın rəsmi mövqeyini çatdırmağa borclu olan bir jurnalistdir. Özü də hansısa dəvət edilmiş solçu ekspert deyil, dövlət mediasının əməkdaşıdır”, - deyə “Kompromat GROUP” kanalı qeyd edib.

Simonyandan olan narazılığın səbəbini göstərən “Kompromat GROUP”, həm də onun Rusiya mediasında anti-Azərbaycan təbliğatı üçün 700 milyon rubl həcmində böyük bir büdcə aldığını da diqqətə çatdırıb: “Mənbələrə görə, Marqo Simonyan, Rusiya mediasında anti-Azərbaycan təbliğatı üçün 700 milyonluq böyük bir büdcə alıb. Təbliğat üsulları sadədir – “Telegram” kanallarını feyk xəbərlərlə doldurmaq, mümkün olan saytlarda sifarişli yazılar vermək, həmçinin münaqişə barədə obyektiv baxış bucağı olan mütəxəssislərin telekanllardakı tok-şoulara çıxmasının qarşısını almaq. Məşhur investisiya fırıldaqçısı Vardanyanın ətrafında cəmləşən erməni pul kisələrini başa düşmək olar - Paşinyan rejimi artıq çat verib, Azərbaycan ordusu işğal edilmiş kənd və şəhərləri bir-bir azad edir və tezliklə hamı başa düşəcək ki, erməni tərəfinin çoxsaylı açıqlamaları ucuz, sadəcə dezinformasiya idi. Yalnız bir şans var - Rusiyanı münaqişəyə sürükləmək. Moskva konfliktə qarışmaq istəmir, çünki Putin keçmiş liberal jurnalist Paşinyanı siyasətçi qismində qəbul belə, etmək istəmir. Uzunmüddətli və etibarlı tərəfdaş Əliyevlə mübahisəyə səbəb yoxdur. Və Rusiyanın öz problemləri kifayət qədərdir. Marqonun işi çətinləşir. Çünki rəhbərlik tərəfindən onsuz da dövlət kanallarında İrəvana həddindən artıq açıq dəstək verdiyi üçün dərsini alıb. Ancaq pullardan, bildiyiniz kimi, heç bir iy gəlmir. Və Simonyan üçün pul heç vaxt çox olmur!”.

Yuxarıda göstərilən məlumatlar ən aydın şəkildə Rusiya hakimiyyət orqanlarının mövcud Rusiya-Türkiyə əlaqələrini pozmaq üçün Simonyanın fəal işinə diqqət çəkdiyini sübut edir. Simonyanın rəhbərlik etdiyi media strukturları uzun illərdir ki, Rusiyanın rəsmi mövqeyinə zidd olan anti-Azərbaycan və anti-Türkiyə materialları dərc edir.

Simonyan, sistematik olaraq Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamaq üçün çalışır. Onun baş redaktoru olduğu “Rossiya Seqodnya” BİA-ya daxil olan “Russia Today” və “Sputnik” kimi dövlət büdcəsindən böyük vəsait xərclənən media orqanları hər gün anti-Azərbaycan və anti-Türkiyə təbliğatı aparmaqla məşğuldur. Simonyan bu dövlət strukturlarını şəxsi maraqlarının, özünün PR və qazancının reallaşması üçün platformalara çevirib. Bütün bunlar son nəticədə Rusiyanın imicinə xələl gətirir. Simonyan Rusiyaya qarşı işləyir və eyni zamanda bunu böyük ustalıqla rus vergi ödəyicilərinin hesabına edir.

Simonyanın ötürməsi ilə erməni lobbisi aktivləşdirilir ki, bu da Rusiya-Türkiyə münasibətlərini korlamaq üçün ardıcıl, məqsədyönlü bir işdir və zaman-zaman Moskva ilə Ankaranı hərbi və diplomatik qarşıdurmaya gətirir. Qarabağda başlayan hərbi əməliyyatlar bir daha Simonyanın təxribatçı fəaliyyətinin Kremlin maraqlarına cavab vermədiyini təsdiqlədi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay