Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Lukaşenkonu devirməyə çalışır? - Ötən gecə Minskdə 32 "vaqner"çi həbs edilib

Rəsmi Minsk: "200 rus hərbçisi sabitliyi pozmaq üçün gəlib"...

Ötən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları Vaqner xarici özəl hərbi şirkətinin 32 muzdlu döyüşçüsünü tutub. Bundan əlavə, ölkənin cənubunda bir şəxs də tapılıb və saxlanılıb.

Bu barədə Belarusun rəsmi “Belta” agentliyi məlumat yayıb.

Ölkənin hüquq-mühafizə orqanlarından agentliyə bildirilib ki, seçki kampaniyası zamanı vəziyyəti pozmaq üçün Belarus ərazisinə 200-dən çox hərbçinin gəlişi barədə məlumat alıblar. Rusların hər birinin kiçik əl çantası və üç böyük çamadanı olub – bunların hər biri bir neçə kişi tərəfindən nəqliyyat vasitələrinə yüklənib.

"İyulun 24-dən 25-nə keçən gecə qrup paytaxta gəldikdən sonra Minskdəki otellərdən birinə yerləşiblər və iyulun 25-də çıxmalı idilər, lakin iyulun 27-də oteldən ayrılıb və Minsk bölgəsindəki sanatoriyalardan birinə köçüblər.

Sanatoriya rəhbərliyindən verilən məlumata görə, ziyarətçilər davranışları və rus turistlər üçün xarakterik olmayan və hərbi üslubda vahid geyimləri ilə diqqət çəkiblər. Spirtli içkilərdən istifadə etməyiblər, əyləncə müəssisələrini ziyarət etməyiblər, hər kəsdən kənarda durublar və diqqəti cəlb etməməyə çalışıblar. Onlar kiçik qruplarda sanatoriyanın ərazisini və ətrafını diqqətlə araşdırıblar. Bu gecə Minsk şəhər icra komitəsinin OMON dəstəyi ilə KQB-nin "A" qrupu qüvvələri tərəfindən 32 nəfər tutulub. Bundan əlavə, ölkənin cənubunda bir şəxs tapılıb və saxlanılıb. İstintaq Komitəsi saxlanılan şəxslərdən əlavə yoxlamaları davam etdirir.

“BelTA” Rusiya Federasiyasının tutulan vətəndaşlarının siyahısını əldə edib”, - agentliyin açıqlamasında qeyd olunub.

***

Belarusun hüquq-mühafizə orqanları bu gün iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 muzdlu döyüşçüsü yaxalanıb.

Bu haqda Belarusun rəsmi BELTA agentliyi bildirir.

Qeyd olunur ki, yaxalanma əməliyyatı gecə keçirilib, amma hansı özəl hərbi şirkətdən söhbət getdiyi açıqlanmır.

Bununla belə Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində Rusiyaya eyhamla bəzi xarici qüvvələrin onun ölkəsində inqilab həyata keçirməyi planlaşdırdığını deyib. Lukaşenko “xarici kuklaoynadanlar” haqda dəfələrlə danışıb, prezidentliyə əsas iddiaçılardan ikisi həbs olunub. Eyni zamanda o, Belarusun ərazilərinin bir hissəsini itirə biləcəyi haqda danışıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar