Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisindən Metsamor AES-lə bağlı açıqlama

“Kritik infrastrukturların hədəfə alınması Azərbaycan Respublikasının heç bir zaman siyasəti olmayıb və olmayacaq da. Bu, Ermənistan Respublikasıdır ki, bu kimi məsələləri siyasi məqsədlərlə, sırf dezinformasiya məqsədilə istifadə etməkdədir”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Amma bununla yanaşı Ermənistan tərəfindən bu istiqamətdə verilmiş bir sıra açıqlamaları qeyd etmək istərdim. Ermənistanın bundan əvvəlki prezidenti Ermənistanın arsenalında olan “İskəndər” və “Skadr” raketləri ilə Azərbaycanı - Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa hədələmişdir. Bundan əlavə Ermənistanın siyasi-hərbi rəhərliyi onların arsenalında olan “İskəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su anbarını hədələmiş, həmçinin də Azərbaycan şəhərlərini darmadağın edəcəkləri, Ağdam şəhəri kimi xarabalığa çevirəcəkləri kimi təhdid xarakteri daşıyan açıqlamaları olmuşdur”, o bildirib.

H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının kritik əhəmiyyət daşıyan infrastrukturlarının, həmçinin neft-qaz boru kəmərinin hədəfə alınacağı xarakter daşıyan açıqlamalar verilib: “Bütün bunlar bilavasitə Ermənistan hərbiu rəhbərliyinin açıq niyyətinin göstəricisidir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən hər hansı əhəmiyyət daşıyan strateji obyektlərin hədəfə alınması kimi siyasəti yoxdur”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar