Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadənin idarəsindən sabotaj: Haramıda məmurlar yezid zülmü edir

Bir müddət öncə Haramı düzündə məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlər, Fizuli rayon Yuxarı Mil Muğan Hidro qovşağın rəhbərliyi tərəfindən suvarma suyu ilə imtahana çəkildiyi haqda yazmışdıq. Bu barədə redaksiyamızı məlumatlandıran şikayətçilərin sözlərinə görə dəfəlrlə lazımi ünvanlara müraciət edildiyi halda, hələ də Xocavənd sakinlərinə qarşı olan bu ögeyliyin səbəbləri bilinmir: “Ətrafımızdan keçən Yuxarı Qarabağ,Aşağı Mil kanalları daim dolu vəziyyətdə olduğu halda, Yuxarı Mil kanalı Yalnız Xocavənd ərazisinə qədər su ilə dolu olur. Bu da əhalinin suvarma suyuna olan ehtiyacını ödəyə bilmir.Əhalini haqlı olaraq bir məsələ düşündürür”.

Şikayətçilər problemlə bağlı ölkə rəhbərliyinə müraciət edib. Surəti cumhuriyyet.az-a göndərilən müraciəti olduğu kimi diqqətinizə şatdırırıq: “Hörmətli cənab prezident.Sizin sərəncamınızla 2012-ci ildə “Səba”-“Qarabağ Taxıl” MMC şirkəti yaradılmışdır.Şirkətin yaradılmasında məqsəd regionda əhalinin işlə təmin olunması və ölkədə taxıl bolluğunun yaradılmasıdır.Lakin hal hazırda şirkət taxıl yox başqa məhsullar,qarğıdalı soya və Haramı düzündə MMC nin yerli direktoru Fikrət Abdullayevin çoxlu tanışları dostları tərəfindən min hektarlarla soğan əkilmişdir. Artıq bir aydır ki, bütün kanal suları məhz Fikrətin göstərişi ilə Haramı düzünə ötürülür. Xocavəndin mərkəzindən keçən kanal isə tamamilə qurumuşdur. Əhali artıq bu susuzluğa, ədalətsizliyə dözə bilmir. Həyətlərdə ağaclar tamamilə qurumuş, toyuq cücə, mal qara susuzluqdan əziyyət çəkir. Dəfələrlə müxtəlif insansiyalara vurulan teleqramalar isə baxılmamış qalır. Mil Muğan hidro qovşağınrəhbərliyi isə Fikrətdən qorxaraq Xocavənd sakinlərini incitməklə məşxul olur. Fikrət isə açıqca deyirki, mən Xocavəndliləri süründürəcəm. Burada haqlı olaraq sual yaranır. Xocavəndlilər Fikrərə nə etmişlər? Biz isə fikirləşirik ki, yəqin müharibə zamanı ermənilərə qarşı çox güllə atdığımıza görə Fikrət bizdən qisas alır. Gör nə günlərə qamışıqki, Hidro Qovşağın Əhməd adlı müdürü Xocavənd sakinlərinə kanalın üstünə çıxmağı qadağan etmişdirki, siz gedin Fikrətin saqqalının altından keçin.O icazə verməsə sizə su verməyəcəm deyir”.

Şikayətçilər bildirib ki, Fikrət və Əhmədin adamları insanları kanala atmaqla hədələyirlər: “Ümumiyyətlə,Fikrətin əməlləri araşdırılsa,orada korrupsiya halları çoxdur. Şəxsi çuğundur sahələri,soğan sahələri.Haramıda olan sahibkarlardan verilən suya görə alınan rüşvət. Hal hazırda Xocavəndin üst tərəfindən Yuxarı Mil kanalı Haramı istiqamətində tam dolu vəziyyətdə,Alt tərəfindən isə Aşağı Mil kanalı tam dolu vəziyyətdə Ağcabədi istiqamətində axır. Səbəbi isə onların Əhmədzadənin bığının altından keçmələri deyilir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Ən çox oxunanalar