Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür

"Yaşadığımız mühitə birlikdə dəyər veririk, ətraf mühit gününü də birlikdə qeyd etməliyik. Bu gün ətraf mühitə qayğı ilə yanaşan, işimizə dəstək verən, hər kəsin, o cümlədən media təmsilçilərinin də əlamətdar günüdür, onlara da təbrik düşür"...

 

5 iyun Beynəlxalq Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın yaydığı açıqlamada belə deyilir.

"Cəmiyyət, onun müxtəlif təbəqələrinin nümayəndələri, xüsusən ictimai fəallar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri təbiətə qarşı xeyirxah niyyətləri, nümunəvi vətəndaş məsuliyyətləri ilə bizim işimizi daha da asanlaşdırır. Etiraf edilməlidir ki, bu gün cəmiyyətimizdə ətraf mühitə münasibət dəyişib və bu, bizə ruh verir, addımlarımızı daim möhkəmləndirir.

Çox sevindiricidir ki, artıq cəmiyyətimizdə "evimin bir küncü" bizi əhatə edən ətraf mühit, planetin bir guşəsi, hamımızın ocağı anlamında qəbul edilir. Evimizdən uzaqda da olsa, təbiətdə baş verən hər hansı dəyişiklik, ətraf mühitə mənfi təsir, laqeyd münasibət bu gün böyük əksəriyyətimizin narahatlığı, sərt reaksiyası ilə qarşılanır, təbiətimiz-evimiz kimi qəbul olunur. Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir.

Deyə bilərik ki, bunlar bütün dünyada, o cümlədən Azərbaycanda da ətraf mühitin mühafizəsinə diqqətin daha da artırılması fonunda aparılan maarifləndirmə işlərinin, təbliğat tədbirlərinin, ağac əkilməsinin ümumxalq kampaniyasına çevrilməsi kimi kütləvilik ənənələrinin davamlı prosesi sayəsində baş verir.

Bu işdə isə cəmiyyətin bütün təbəqələri ilə birgə əsas aparıcı qüvvə media orqanları, ayrı-ayrı jurnalistlər, ictimai fəallar, bloggerlər və qeyri-hökumət təşkilatlarıdır", - deyə İ.İbrahimova bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay