Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları açıqlandı

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 91 ölkəyə məhsul ixrac olunub, 142 ölkədən idxal olunub... 

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 695,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 4 milyard 58,3 milyon dollarını və ya 60,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 637,0 milyon dollarını (39,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 421,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,0 faiz, real ifadədə 15,8 faiz, o cümlədən idxal 32,9 faiz, ixrac isə 4,8 faiz azalıb.

2020-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 5,2 faiz azalaraq 429,0 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 43,5 faizini İtaliyaya, 8,3 faizini Türkiyəyə, 6,0 faizini İsrailə, 4,5 faizini Yunanıstana, 4,0 faizini Hindistana, 3,4 faizini Çexiyaya, 3,3 faizini Rusiyaya, hər biri 2,8 faiz olmaqla Tunis və Portuqaliyaya, 2,5 faizini Gürcüstana, hər biri 2,3 faiz olmaqla Almaniya və Ukraynaya, 2,1 faizini Vyetnama, 2,0 faizini Avstriyaya, 10,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,3 faiz), Türkiyəyə (24,3 faiz), Gürcüstana (10,0 faiz), İsveçrəyə (9,5 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,8 faiz), İtaliyaya (2,6 faiz), Qazaxıstana (1,8 faiz), İrana (1,7 faiz), ABŞ-a (1,4 faiz), Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 14,8 faizi Türkiyə, 13,4 faizi Çin, 10,7 faizi ABŞ, 5,2 faizi Almaniya, 4,5 faizi İtaliya, 3,8 faizi Ukrayna, 3,0 faizi İran, 2,2 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Yaponiya və Koreya, 1,7 faizi Türkmənistan, 1,5 faizi Fransa, 19,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

pia.az 


Etiket: Məhsul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay