Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”

Danışıqlar əbədi davam edə bilməz...

Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir. Bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”.

Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında belə bəyanatla çıxış edib.

Nazir qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir:

“Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz. Həmçinin, danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir”.

O xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ var:

“Münaqişələr tezliklə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll edilməlidir. Eyni zamanda, münaqişələrin həlli bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin, regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar