Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borcları üzündən Mübariz Mənsimovun 6 gəmisinə "əl qoyuldu"

Mübariz Mənsimovun 6 gəmisi əlindən alındı...

Türkiyədə martın 15-də FETÖ silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə həbs olunan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali Holding” şirkətinin borc bataqlığında batmaqda olduğu üzə çıxıb.

“Palmali Holding”ə kredit verən alman bankı şirkətin ödəmə qabiliyyətini itirməsi səbəbindən maliyyələşməni dayandırıb və ona məxsus 6 tankeri müsadirə edib.

Bu haqda Türkiyənin “Denizhaber” portalı yazır. Portalın yazdığına görə dünyada dənizçilik sektoruna kreditlər verməsi ilə tanınan, keçmiş adı “HSN Nordbank” olan, mərkəzi Almaniyada yerləşən “Hamburg Commercial Bank” (HC Bank) Mənsimovun “Palmali Dry Holding” və “Palmali Holding” şirkətlərinə 6 quru yük gəmisinin satın alınması üçün ayırdığı kredit üzrə ödəmələrin 2018-ci ildən dayandırılmasına görə həmin gəmiləri müsadirə etmək qərarı verib. Bu gəmilər 2007-ci ildə yığılan “Naxçıvan”, 2006-cı ildə suya endirilmiş “Mirzağa Xəlilov”, 2007-ci il buraxılışlı “İsmayıl Şıxlı”, 2007-ci il buraxılışlı “Şirvan”, yenə də həmin ildə buraxılmış “Riad Əhmədov” və “Əhməd Mahmudov” gəmiləridir. Bank “Palmali Denizçilik Şirkəti”indən tələb edib ki, həmin gəmilərin idarəçiliyini banka təhvil versin.

“Hamburg Commercial Bank” rəhbərliyi tərəfindən “Palmali Holding” rəhbərliyinə göndərilən rəsmi məktubda deyilir ki, 2006-cı ildə götürülən kredit indiyə qədər 5 dəfə restruktirizasiya edilib və 2018-ci ilin birinci kvartalından etibarən bəri ödəmələr ümumiyyətlə dayanıb. Bank “Palmali Holding” şirkətinin anlaşmalara heç cür əməl etmədiyini, nəticədə 6 gəminin alınması üçün verilən kreditin geri çağırılmasına qərar verildiyi və gəmilərin ən qısa zamanda banka təhvil verilməli olduğunu bildirir.

Mənbə yazır ki, bank 2018, 2019-cu illərdə və 2020-ci ilin ötən aylarında “Palmali Holding”ə kreditin geri çağırılması ilə bağlı cəmi 8 rəsmi məktub göndərib. Lakin “Palmali Holding” heç bir anlaşmaya əməl etməyib və cəmi 27 milyon dollarlıq borcun ödənilməməsinə görə həmin 6 gəminin idarəçiliyi banka təhvil verilməlidir.

Həmin gəmilərin Almaniya bankının nəzarətinə keçməsi nəticəsində “Palmali Holding”in indi cəmi 21 gəmisi qalıb. Hansı ki, bir zamanlar holdinqin 200-ə yaxın gəmisi vardı. Bildirilir ki, “Palmali” hazırda borc bataqlığındadır, banklara və tərəfdaşlarına çoxlu borcları var.

Xatırladaq ki, bundan əvvəl “Palmali Holdinq”in Rusiyadakı törəmə şirkəti “Palmali” MMC müflis olub və məhkəmə şirkətin “Sberbank”a olan 220 milyon dollar borcunun əvəzində 52 gəmisini müsadirə edib. Həmin gəmilər bank tərəfindən hərracda satılacaq və əldə edilən vəsait borcun əvəzinə götürüləcək.

Habelə “Palmali”nin iki tankeri (“Bozdağ” və “Masallı” ) limana olan borcun ödənilməməsinə görə uzun müddət Estoniyanın Tallin limanında saxlanılırdı. Nəhayət həmin gəmilər ucuz qiymətə “Gazprom”a satıldı.

“Denizhaber” yazlr ki, “Palmali Holding”in hazırda müxtəlif banklara, yanacaq təchizatçılarına, tərsanələrə və başqa şirkətlərə olan borcları 600 milyon dollara yaxındır. Personalın maaşları aylardır ödənilmir və hazırda şirkətin aktivlərinin bazar dəyəri cəmi 100 milyon dollara yaxındır. Bu baxımdan kreditorlar istənilən vaxt “Palmali”nin müflis elan edilməsi barədə iddia qaldıra bilər. Həmin aktivlərin hamısı hazırda kreditorların girovluğundadır. (Virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar