Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda antikorrupsiya məhkəməsi yaradılmalıdırmı?..

Ölkədə aparılan islahatlar çərçivəsində antikorrupsiya məhkəməsinin yaradılması korrupsiyaya qarşı mübarizədə hansısa nəticəni ortaya qoya bilərmi?..

Hüquqşünas: “Məhkəmədə korrupsiya olmasa, heç yerdə də korrupsiya olmayacaq. Bu çox vacib məsələdir”.

“Bü gün Azərbaycanda korrupsiyanın bayraqdarlarından biri məhkəmələrdir”.

Bu sözləri hüquqşünas Əkrəm Həsənov Azərbaycanda antikorrupsiya məhkəməsinin yaradılmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bir sıra ölkələrdə, o cümlədən Ukraynada müstəqil antikorrupsiya məhkəmələri fəaliyyət göstərir. Yaxın zamanlarda Ermənistanda da belə bir qurum yaradılacaq.

Bilirik ki, Azərbaycan da korrupsiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Hökümət nümayəndələrinin, o cümlədən elan olunan tenderlərdə ortaya çıxan mənzərə ölkədə korrupsiyanın miqyasının böyük olduğunu, hətta çox böyük olduğunu ortaya qoymaqdadır. Ölkədə aparılan islahatlar çərçivəsində antikorrupsiya məhkəməsinin yaradılması korrupsiyaya qarşı mübarizədə hansısa nəticəni ortaya qoya bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Ən aşağı vəzifədə olan hakim azı 10.000 manat əmək haqqı almalıdır”.

Məhkəmə sistemində qayda-qanunun yaradılmasının vacib olduğunu vurğulayan hüquqşünas PİA.az-a açıaqlamasında bildirib ki, əks halda yaradılacaq korrupsiya məhkəməsinin baxacağı işlərin çoxu məhkəmə sisteminə aid olacaq. Çünki Azərbaycanda hakimlərin çoxu korrupsiya ilə məşğuldur:

“Mən Azərbaycanda antikorrupsiya məhkəməsinin yaradılmasında xeyir görmürəm. Çünki əvvəlcə korrupsiyanı yaradan şərait dəyişdirilməlidir. Yəni ilk olaraq qanunvericilik təkminləşdirilməlidir, dövlət məmurlarının gəlir və xərcləri barədə bəyannamə verilməsi nəzərdə tutulmalıdır, iqtisadiyyat şəffaflaşdırılmalıdır. Ümumilikdə bütün cəmiyyət şəffafladırılmalıdır və bu yöndə lazımı addımlar atılmalıdır.

Məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, korrupsiyaya qarşı xüsusi məhkəmə yox, bütün məhkəmə sistemi mübarizə aparmalıdır. Halbuki, bü gün Azərbaycanda korrupsiyanın bayraqdarlarından biri məhkəmələrdir. Məhkəmələr və hakimlər həmişə pul alaraq korrupsiyaya bulaşmırlar. Onlar kimlərinsə tapşırıqların yerinə yetirməklə də korrupsiyaya bulaşırlar.

Bütün bunlara görə də məhkəmə sistemində qayda-qanun yaradılmalıdır. Əks halda yaradılacaq korrupsiya məhkəməsinin baxacağı işlərin çoxu hakimlərin işlərinə baxmaqla keçəcək. Çünki hakimlərin çoxu korrupsiya ilə məşğuldur.

Əkrəm Həsənov: “Korrupsiyaya qarşı xüsusi məhkəmə yox, bütün məhkəmə sistemi mübarizə aparmalıdır”.

Ümumiyyətlə məhkəmədə korrupsiya olmasa, heç yerdə də korrupsiya olmayacaq. Bu çox vacib məsələdir. Bunun üçün isə bunlar lazımdır:

1. Məhkəmə hakimlərinə yüksək əmək haqqı verilməlidir. Düzdür hakimlərin əmək haqqları artırıldı, amma bu da azdır. Çünki ən aşağı vəzifədə olan hakim azı 10.000 manat əmək haqqı almalıdır.

2. Bundan sonra hakim korrupsiya faktında tutulsa, ona ömürlük azadlıqdan məhrum etmə cəzasını vermək lazımdır.

Ölkədə korrupsiyanın kökünü kəsməyin yolları budur. Yoxsa ayrıca korrupsiya məhkəməsi yaratmaqla bu işi həll etmək olmaz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

Ən çox oxunanalar