Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölmüş şəxslər seçkiyə çağırılır - “15 ildir bildiriş göndərmək olar?!”

Bu yaxınlarda 28 saylı Sabunçu üçüncü seçki dairəsindən 14 il əvvəl dünyasını dəyişmiş şəxsin adına fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün bildiriş gəlib...

Ancaq bu, ilk belə hadisə deyil. Seçkilər öncəsi bu cür hallara mütəmadi olaraq rast gəlinir.

Bəs bu cür məsələlər hüquqi cəhətdən necə tənzimlənməlidir?

Pia.AZ-ın xəbərinə görə, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, belə məsələlərdə səhlənkarlıq var: “Sadəcə olaraq Dairə Seçki Komissiyası üzərinə düşən vəzifəni yetərincə yerinə yetirə bilmir. 15 ildir bildiriş göndərmək olar?! Bir dəfə başa düşdük. Bəs daha sonrakı illərdə?! Bu, sadəcə məsuliyyətsizlikdir. Bu cür hallarda problemlər yaranır. Seçki administrasiyası bütövlükdə Seçki Məcəlləsi ilə ona həvalə edilmiş məsələləri uğurla yerinə yetirməlidir. O cümlədən seçki siyahısının dəqiqləşdirilməsi ilə bağlı da işlər aparılmalıdır. Hər il seçki siyahılarının dəqiqləşdirilməsi baş verir. Yeni şəxslər seçki siyahısına daxil edilməli və ölən şəxslərin seçki siyahısından çıxarılması həyata keçirilməlidir. Bir sözlə, daimi yaşayış yerlərini dəyişən insanların uçotu dəqiq aparılmalıdır".

Məntəqə seçki komissiyalarının işinə məsuliyyətsiz yanaşdıqlarını deyən hüquqşünas onların bu işlərə ödənişli cəlb edildiklərini də qeyd edib: “Bu işlər məntəqə seçki komissiyalarına tapşırılır. Buna görə onlara əmək haqqı da verilir. Çünki məntəqə seçki komissiyaları yalnız seçki müddətində fəaliyyət göstərir. Seçki imzalarının dəqiqləşdirilməsi onların səlahiyyətinə birbaşa aid olduğu üçün bu işi etməlidir. Həmçinin seçki siyahıları MSK-nın saytında da olur. Hər kəs daxil olub adının olub-olmadığını dəqiqləşdirə bilər. Eyni zamanda, bələdiyyələrlə də əlaqə saxlanılmaldıır. Çünki ölüm haqqında kağızı, şəhadətnaməni bələdiyyələr verir”.

Əliməmməd Nuriyev dünya ölkələrində belə təcrübənin olmadığını da deyib: “Xarici ölkələrdə seçki sistemi elektronlaşdığından avtomatik olaraq həll olunur. İnkişaf etmiş ölkələrdə bu cür məsələlərlə bağlı problem yoxdur”.(Modern.az)

pia.az


Etiket: seçkilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay