Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın qisası: İraqdakı ABŞ bazasına raket zərbələri endirilib, ölənlər var - Yenilənir

İran ABŞ-ın İraqdakı aviabazalarına zərbələr endirib, faktı Pentaqon təsdiqləyib...

İranın İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin dəfninin ardınca ABŞ-a qarşı vəd olunan qisas əməliyyatına başlayıb. Virtualaz.org xəbər verr ki, İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq ABŞ-a qarşı “Şəhid Süleymani” kod adı altında əməliyyatın başladığını elan edib.

“Vədlərimizi və qüdrətli Allahın iradəsini yerinə yetirməyin, Amerika işğalçılarının cinayətkar və terrorçu hərəkətlərinə cavab verməyin, “Əl-Qüds” qüvvələrinin komandanının qorxaqcasına qətlinə görə qisas almağın vaxtı çatdı”,-bəyanatda deyilir.

İnqilab Keşikçiləri Korpusu bildirir ki, qisas əməliyyatı çərçivəsində İraqdakı “Əl-Əsəd” Amerika aviabazasına onlarla “yer-yer” raketləri buraxılıb.

“Biz böyük şeytanı, korlanmış Amerika rejimini xəbərdar edirik ki, istənilən sonrakı aqressiya daha ağrılı və sərt reaksiyaya səbəb olacaq”,-bəyanatda xəbərdarlıq edilir.

Xarici KİV-lər xəbər verir ki, İraqda ən azından iki Amerika hərbi bazası İran raketlərinin zərbəsinə tuş gəlib. Raketlər İran ərazisindən buraxılıb. Ərbildəki hərbi aerodrom və “əl-Əsəd” aviabazası vurulub. Ölənlər və yaralananlar haqda hələlik məlumat yoxdur. Bu arada Tehran raket zərbələrinin ikinci dalğasının başladığını bildirir.

İraqın şimalında mənzillənmiş Rudaw kürd xəbər agentliyi İranın raket zərbəs nəticəsində bir neçə ABŞ qırıcısının zədələndiyini xəbər verir. Digər məlumata görə, bir neçə qırıcı ümumiyyətlə məhv edilib. Qeyri-rəsmi məlumatlara görə tələfat var, amma onların sayı məlum deyil.

Ondan çox raketin, o cümlədən ballistik raketlərin istifadə olunduğu hücumu Pentaqon təsdiq edib. Prezident Donald Tramp müdafiə naziri Mark Esperlə və dövlət katibi Maykl Pompeo ilə təcili müşavirə keçirib. Tramp İranın raket hücumuna Tvitter-dən “hər şey yaxşıdır” sözləri ilə reaksiya verib.

ABŞ-ın Mərkəz komandanlığının bildirdiyinə görə, İnqilab Keşikçiləri Korupusu İraqdak Amerika bazalarına 15 raket buraxıb. Raketlərdən onu İraqın qərbindəki “Ayn əl-Əsəd” aviabazasını vurub, daha bir raket Ərbil aeroportuna düşüb. Qalan dörd raket isə hədəfə çatmayıb.

Livanın "Əl-Mayadin" telekanalı isə bildirir ki, "Ayn əl-Əsəd" aviabazasının Amerika ordusu tərəfindən istifadə olunan hissəsində, uçuş-enmə zolağında bir ABŞ qırıcısının məhv edildiyi təsdiqlənib. CNN isə Pentaqona istinadən xəbər verir ki, Amerika aviabazasının personalı İranın raket hücumu barədə əvvəlcədən, "vaxtında" xəbərdar edilib. Pentaqon hələlik itkilər və dəymiş ziyan haqda rəsmi açıqlama verməyib.

KİV-lər az əvvəl xəbər verib ki, İranın İraqdakı “Ayn əl-Əsəd” aviabazasına endirdiyi raket zərbələri nəticəsində İraq ordusunun bir zabiti həlak olub, daha beş hərbçisi yaralanıb. Amerika Hərbi hava Qüvvələri bazanın bir hissəsindən istifadə edir, qalan hissəsində İraq ordusunun qüvvələri yerləşdirilib.

Bu gün səhər saatlarında endirilmiş raket zərbələrinin təfərrüatları gəlməkdə davam edir.

***

Bakı vaxtı ilə 09.00-a olan xəbərlərə görə Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman bu gün səhər saatlarında İranın İraqdakı Amerika bazalarına 10-dan çox ballistik raket buraxdığını açıqlayıb. “Tamamilə aydındır ki, raketlər İran ərazisindən buraxılıb. BŞ Hərbi hava Qüvvələrinin və beynəlxalq koalisiyanın personalının yerləşdirildiyi “Ayn əl-Əsəd” və Ərbil bazaları vurulub”,-o bildirib.

İlkin məlumatlara görə Amerika hərbçiləri və digər xarici personal arasında itkilər yoxdur. “Fox News” telekanalı bildirir ki, prezident Donald Tramp İranın raket zərbələrinə cavab tədbirlərini nəzərdən keçirir. Ağ evin mətbuat katibi Stefani Qrişam prezidentin müdafiə naziri Mark Esper, vitse-prezident Maykl Pens və dövlət katibi Mayk Pompeo ilə təcili müşavirə keçirdiyini təsdiqləyib. Trampın xalqa əvvəlcədən planlaşdırılmış müraciəti təxirə salınıb.

Senator Mark Rubio bildirib ki, İranın raket zərbələrinə cavab tədbirləri barədə qərar situasiyanın tam dəyərləndirilməsindən sonra qəbul ediləcək.

***

İraqın qərbində yerləşən və ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına doqquz raket zərbəsi endirilib.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Reuters”in məlumatına görə, bundan bir qədər sonra amerika rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və zərərlər barədə məlumat yoxdur.

“Press TV” telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

“SEPAH İraqdakı ABŞ-ın “Eyn-əl-Əsəd” aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir”, - deyə telekanalın “Twitter” səhifəsində yazılıb.

“ABC” telekanalının digər bir amerikalı rəsmiyə istinadən bildirdiyinə görə, zərbələr İran ərazisindən ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Erbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.

Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay