Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 31 ölkə iştirakını təsdiqləyib

Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək

PİA.az Trend-ə istinadən bildirir ki, fevralın 15-16-da baş tutacaq builki turnir də Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışlara ilkin qeydiyyat siyahısına əsasən, artıq 31 ölkə iştirakını təsdiqləyib. Təxminən 171 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq. Turnirdə iştirak edəcək gimnastların adları isə yanvarın sonunda bəlli olacaq.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

pia.az


Etiket: Gimnastika


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay