Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və Körfəz dövlətlərinin arxalana biləcəyi terror dövləti

"SÜLH ÇEŞMƏSİ" əməliyyatı bu planın qarçısını aldı...

İqor Subbotin

“Nezavisimaya qazeta”

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, Türkiyənin Suriyanın şimal-şərq hissəsində həyata keçirdiyi “Sülh çeşməsi” adlı hərbi əməliyyat İsrail və Yaxın Şərqin bir sıra ölkələrinin arxala biləcəyi “terror dövləti” yaradılmasının qarşısını alıb.

Bu açıqlama Antalya şəhərində təşkil edilən mətbuat konfransında verilib.

Türk diplomatiyasının rəhbəri deyib: “İsrailin rəhbərlik etdiyi bir qrup ölkə Suriyanın şimalında terror dövləti yaratmaq istədi və bu planın qarşısını aldıq”.

Çavuşoğlu çıxışında ABŞ-ın Suriya neftini qorumaq niyyəti ilə bağlı açıqlamalarını da tənqid edərək qeyd edib: “Onlar (amerikalılar – NG) açıq şəkildə neftə görə orada olduqlarını qəbul edirlər. Söhbət digər ölkələrin hesabına mövcud olduğunu gizlətməyən ölkədən gedir”.

Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin qeyd etdiyi kimi, “qara qızıl”ın satışından gələn pul terror təşkilatlarını maliyyələşdirmək üçün istifadə olunur.

Bundan əvvəl kürdlərə İsrail tərəfindən dəstək verilməsini yəhudi dövlətinin xarici işlər nazirinin müavini Tzipi Hotoveli də etiraf edib. Onun sözlərinə görə, Amerika kontingenti ərəb respublikasının şimalını tərk etdikdən sonra İsrail kürdlərə kömək etməyə başlayıb.

Hotoveli Knessetdəki çıxışında bildirib: “İsrailə, əsasən diplomatik və humanitar sahələrdə kömək üçün çoxsaylı müraciət daxil olub. Özümüzü çətin vəziyyətə düşən kürdlərin yerinə qoyaq. Biz onlara bir sıra kanallar vasitəsilə kömək edirik”.

Ancaq diplomat Suriyanın şimal-şərqində yaşayan etnik azlığa yardımın mahiyyəti barədə hər hansı bir məlumat verməkdən imtina edib. O, yalnız ABŞ-la dialoq zamanı israillilərin “kürdlər haqqında həqiqəti söylədiklərini” bildirib.

Hotoveli deyib: “Biz kürd xalqının tərəfində olduğumuz üçün qürur duyuruq. İsraildə çoxlu kürd-yəhudilər var, onlar mənşə yerləri ilə daim əlaqə saxlayırlar. Kürdlər Yaxın Şərqdə mötədil və qərbyönlü bir amildir”.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

“Qisas” antiterror əməliyyatından iki il ötür

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Qazaxıstanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb

Ən çox oxunanalar