Məşhur isveçli hücumçu Zlatan İbrahimoviçə Vətənində heykəl qoyulacaq
Championat.com xəbər verir ki, heykəlin sifarişçisi İsveç Futbol Assosiasiyasıdır.
Bürünc abidə forvardın doğma şəhəri olan Malmödə ucaldılacaq.
Hündürlüyü 2.7 metr və çəkisi 500 kq olan heykəlin hazırlanması ilə heykəltəraş Peter Linde məşğul olacaq.
Abidə İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda olacaq.
"Heykəl İsveç tarixinin ən dahi futbolçusuna hörmət əlaməti olacaq", - bunu İsveç Futbol Assosiasiyasının baş katibi Hakan Şostrand bildirib.
pia.az