Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Alimliyi də, müğənniliyi də saxtadır” - Elçin Əlibəylidən Lalə Məmmədovaya

Aparıcı Elçin Əlibəyli Murad Arifin "Popumuz var!" layihəsinin qonağı olub

PİA,AZ axşam.az-a istinadən bildirir ki, o, bir zamanlar verilişində qalmaqal yaşadığı Maral Tahirqızının müdafiəsinə qalxan Əməkdar artist Lalə Məmmədova barədə sərt fikirlər səsləndirib.

E.Əlibəyli sənətçini saxtakarlıqda ittiham edib:

"Bəzi "müğənniciklər" Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm "alim". İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən".

Qeyd edək ki, Lalə Məmmədova Elçin Əlibəyli haqda bu fikirləri yazmışdı:

"Son günlər efir məkanında baş verənlər onsuz da ürəkaçan deyil. İndi işıqlandıracağım mövzu son damla oldu. Biz ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq qonağa hörmətlə yanaşarlar. Ancaq kim olursa olsun, çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq nəinki olmaz, hətta deyərdim heç bir kişiyə yaraşmaz. Hələ bir qonaq qadındırsa. Uca Yaradan hamımızı insan olaraq yaratdısa da, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, istedad təəssüf ki, hamımıza eyni miqdarda paylanmadı. Buna görə kimsə kimsədən özünü yuxarı-aşağı saymasın! Güclü olan qarşısındakı zəifə gücünü göstərməklə özünü qəhrəman saymasın!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar