Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib, Dövlət Yol Polisi susur - Video

Dövlət Yol Polisinin (DYP) Yol Patrul Xidməti (YPX) avtomobilninin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb

Videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə edilir.

Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında deyib ki, YPX əməkdaşı bu hərəkəti ilə həm yol hərəkəti qaydalarını, həm də "Yol-patrul xidməti" haqqında Təlimatın tələblərini pozur:

"Təlimatın tələbinə görə, yol patrul xidməti bütün hərəkət iştirakçıları üçün təhlükəsiz şəraitdə aparılmalıdır. Yəni YPX təhlükəsizliyi təmin etməlidir, nəinki təhlükə yaratmalıdır. Təlimatda qeyd edilir ki, YPX əməkdaşı gecə və gündüz olmasından asılı olmayaraq, nəqliyyat vasitələri axınında hərəkət edərkən yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməlidir".

Ə.Hüseynov əlavə edir ki, YPX avtomobili "Yol Hərəkəti haqqında" Qanunun 49-cu maddəsinin tələblərini də pozub:

"Bu maddəyə görə, sağ zolaq boş olduğu halda, avtomobil sol zolaqla hərəkət etməsi qadağandır. Əgər bu hal, hansısa zərurətdən irəli gəlirsə, o halda, YPX avtomobili işıq və səs siqnallarından istifadə etməlidir".

Ekspert bildirib ki, qanunazidd əməlinə görə, YPX əməkdaşına həm adi sürücü inzibati qaydada cərimə yazıla, həm də "Yol-patrul xidməti" haqqında Təlimatın tələblərini pozduğuna görə intizam məsuliyyətinə cəlb oluna bilər.

"Report" məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənmək istəsə də, R.Quliyevin telefonu sönülü olub, K.Əliyev isə zənglərə cavab verməyib.

pia.az


Etiket: YPX hadisə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay